İqtisadiyyat

  • 3 637

Qiymət artımını qlobal iqtisadi böhran kimi təqdim etmək düzgün deyil - MÖVQE ÖZƏL

image

"Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətindəki cüzi artıma baxıb iqtisadi proqnozlar vermək, ələlxüsus bu proqnozlarla məlum qiymət artımını az qala qlobal iqtisadi böhran kimi təqdim etmək düzgün deyil. Birincisi, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin üzvü Əli Babazadə deyib.O, bildirib ki, dizelin son qiymət artımı Azərbaycanda 2013-cü ildə olub: "Aİ-92 markalı benzində isə 2017-ci ildə. İqtisadi təhlil ya proqnoz üçün bu növ məsələlərə praktiki nöqteyi-nəzərindən sistemli yanaşma əsas şərtdir. Elə isə 2013-2020-ci illər ərzində orta aylıq əmək haqqının və pensiyaların artım tendensiyalarını görməmək mümkündürmü ?! Məlumat üçün deyim ki, orta aylıq əmək haqqı bu illər ərzində 66% , pensiyalar isə 73% artıb. Ən gülməlisi isə, Aİ-92 markalı benzinin qiymət artımına baxıb istehlak bazarında ciddi qiymət artımı olacağı haqqında proqnoz verməkdir. Hamıya məlumdur ki, Aİ-92 əsasən şəxsi minik avtomobilləri üçün istifadə olunur. Səhv etmirəmsə, bu tip maşınlarda benzin çəninin ota tutumu hardasa 50 litr olmalıdır. Yəni, vətəndaş çəni tam doldurmaq üçün əlavə 5 manat çox ödəyəcək".Ə.Babazadə vurğulayıb ki, dizelin qiymət artımını əsas gətirib buna görə ictimai nəqliyyatın qiymət artımını, və kənd təsərrüfatı texnikasının bu yanacaqla işlədiyinə görə kənd təsərrüfatı məhsullarının qiymət artımını deyənlər də cəmiyyətdə çaşqınlıq yaratmağa çalışanlardır: "Çünkü hər iki sahə ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi və subsidiyaların artırılması nəzərdə tutulur. Bunun da həyata keçməsi mexanizmi yanvar ayının sonuna qədər açıqlanacaq. Ümumilikdə qiymət artımı vətəndaşın ailə büdcəsinə ciddi təsir etməyəcək. Bundan istifadə edib suni qiymət artımı və s. neqativ halların qarşısının alınması üçün xüsusi dövlət nəzarəti təşkil olunacaq".

sia.az

Digər xəbərlər