PDF Oxu

İqtisadiyyat

  • 2 894

"Bu yolun çəkilməsinin strateji əhəmiyyəti var" - EKSPERTDƏN AÇIQLAMA

image

"Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılması ilə bağlı Prezident İlham Əliyev Sərəncam verib. Sərəncamdan da göründüyü kimi 2021-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin görülməsi və Laçın, Kəlbəcər rayonlarında yolun bərpası üçün 10 milyon ayrılıb". Bunu SİA-ya açıqlamasında iqtisadiçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu vəsait isə 2021-ci il dövlət büdcəsindən 2 milyardlıq bir vəsaitdir ki, cənab Prezident də bu vəsaitdən bir hissəni Laçın və Kəlbəcərdə yol tikintisi üçün ayrılıb: "Adı çəkilən hər iki rayon yeni yaradılan iqtisadi rayonlar içərisində həm mənəvi tərəfdən, həm də strateji cəhətdən ən əhəmiyyətli rayonlarımızdan biridir. Belə ki, hər iki rayonumuz Şərqi Zəngəzur İqtisadi rayona daxil olan inzibati rayonlardandır. İstənilən ərazidə və coğrafi kordinatlarda iqtisadi inkişafa nail olmaqdan ötrü, bu istiqamətdə iqtisadi rentaqrasiyanı təminatı üçün mütləq şəkildə ilk növbədə infrastruktur sahələr yaradılmalıdır. İnfrastrukturun içərisində birinci yerdə yol infrastukturudur. Çünki bu olmadığı təqdirdə heç bir iqtisadi təşəkküldən və irəliləyişdən söz gedə bilməz. Bundan sonra daha çox işlər görüləcək. Sadəcə olaraq bu işlərin başlanğıcı üçün yolların bərpası son dərəcə vacibdir. Buna görə də cənab prezident ilk növbədə məhz bu iki rayon arasında yolun çəkilişi ilə bağlı sərəncam imzalanmışdır. Düşünürəm ki, növbəti etablarda Şərqi Zəngəzurda iqtisadi sahələrin inkişafına eləcə də xarici investorların gəlməsinə və logistik fəaliyyətin təmin olunmasında birbaşa bu yolun böyük əhəmiyyəti olacaqdır. Prespektivdə duran əsas məsələ Şərqi Zəngəzurla Naxçıvana birləşəcək Zəngəzur dəhlizidir. Bildiyimiz kimi Naxcıvan ərazisi Azərbaycanın əsas hissəsi ilə birləşdirən Zəngəzur dəhlizi məhz Azərbaycanın əsas hissəsində Şərqi Zəngəzur iqtisadi rayonuna birləşəcək. Şərqi Zəngəzur logistik habım mərkəzinə çevriləcək. Bu gün çəkilən Kəlbəcər, Laçın yolunun da logistik habın bir elementi ola biləcəyini diyə bilərik. Ona görə də yolların çəkilişi qarşıdakı müddətdə digər yolların salınması ilə bağlı cənb prezidentin müxtəlif sərəncamlarını izləyəcəyik".

Digər xəbərlər