İqtisadiyyat

  • 1 749

“Yaxın illərdə istehlak daha çox yerli istehsal hesabına ödəniləcək" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

image

İdxalın əvəzlənməsi, istehlakın daha çox yerli istehsalla ödənilməsi Azərbaycan üçün prioritet məsələlərdəndir və nəzərə alaq ki, bu gün vacib məqamlardan biri, xüsusən də kənd təsərrüfatı və ərzaq mallarına olan tələbin yerli mənbələr hesabına ödəmənilməsdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.

İqtisadçı-ekspert qeyd edib ki, bu istiqamətdə yerli mənbələrin payının artırılması ilə bağlı fəaliyyət həyata keçirilir və xüsusən də işğaldan azad olunmuş ərazilərimiz kənd təsərrüfatı məhsullarına, o cümlədən ərzaq məhsullarına olan tələbin ödənilməsində xüsusi paya malik olacaq.

“İlkin qiymətləndirmələr göstərir ki, yalnız həmin ərazilərimizdə əkinçiliyin bərpa edilməsi təxminən yaxın illərdə bir milyard manatlıq əlavə əkinçilik məhsullarının, yəni kənd təsərrüfatı məhsullarının istehsalına imkan yaradacaq. Ona görə də həm məhsuldarlığın artırılması, həm işğaldan azad olunmuş ərazilərimizdəki məhsuldar torpaqların ümumi torpaq fonduna cəlb edilməsi və bununla da kənd təsərrüfat məsulları istehsalının genişləndirilməsi prioritetlər sırasındadır. Burada da əsas məqsəd həm ərzaq təhlükəsizliyi və ərzaq təminatının daha sıx şəkildə təmin olunması, eyni zamanda xarici bazarlardan asılılığın minimumlaşdırılması və təbii ki, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasından ibarətdir. Ona görə də bu gün müzakirə olunan, yaxın vaxtlarda təsdiq olunacaq iqtisadi inkişaf strategiyas, eyni zamanda cənab Prezident tərəfindən verilən tapşırıq və göstərişlər birmənalı şəkildə Azərbaycanda istehlakın daha çox yerli istehsal hesabına ödənilməsini və idxaldan asılılığın aradan qaldırılmasını nəzərdə tutur ki, bununla da biz artıq yaxın illərdə xüsusən də istehlakın, tələbin daha çox yerli istehsal hesabına ödənilməsini müşahidə edə biləcəyik”, deyə Vüqar bayramov bildirib.

Digər xəbərlər