İqtisadiyyat

  • 3 903

İnam Kərimov: Azərbaycan qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə əməkdaşlığa böyük əhəmiyyət verir

image

Təəssüf ki, dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib. COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır.

Bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılışında bildirib.
Nazir deyib: “Bu çağırışlar həm də ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoydu. FAO-nun “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”.

yap.org.az.

Digər xəbərlər