İqtisadiyyat

  • 2 414

Neft cüzi bahalaşıb

image

Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri cüzi artıb.SİA birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,07% bahalaşaraq, 1 bareli 99,53 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 0,35% artıb və 1 bareli 95,31 ABŞ dolları təşkil edib.API-nin məlumatına əsasən iyulun 22-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 4 milyon barel azalıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 1 milyon barel azalacağını güman edirlər

sia.az

Digər xəbərlər