Müsahibə

  • 7 204

Rusiyalı ekspert: Ermənistan Azərbaycan və Türkiyə arasında bölünəcək - MÜSAHİBƏ

image

Aleksandr Xramçixin: “Qərb istəsə belə Ermənistanı qoruya bilməyəcək”

Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Caliber.Az-a müsahibəsində regionda gedən proseslər və Ermənistan-Azərbaycan gərginliyinin nəyə gətirib çıxara biləcəyindən danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

– Aleksandr Anatolyeviç, sizcə, ABŞ hərbi müşavirinin Ermənistan Müdafiə Nazirliyində görünməsinin səbəbi nədir?

– Aydındır ki, bu, Ermənistan və ABŞ arasında davam edən yaxınlaşmanın bir hissəsi kimi baş verir.

– Amerikalı müşavir hansı funksiyanı yerinə yetirəcək?

- Bilmirəm. Görünür, o, əlaqələri təmin edəcək. NATO standartlarına keçid son dərəcə mürəkkəb və uzun bir prosesdir. Əslində, hətta bütün NATO üzvləri NATO standartlarına keçməyib.

– Aydındır ki, ABŞ-ın Ermənistandakı hərbi mövcudluğunu gücləndirmək İrəvanı Moskvadan qoparmaq məqsədi daşıyır. Vaşinqton bu vəzifəni yerinə yetirə bilərmi?

- Birləşmiş Ştatlar bunu etməyə böyük ölçüdə artıq nail olub.

– Bəs niyə Ermənistan hələ də KTMT və Aİİ-dən çıxmaqda tərəddüd edir?

- Görünür, hələ bir az qorxuludur. Bundan əlavə, Ermənistan Rusiyaya paralel idxalla bağlı iş aparır.

– Sizcə, İrəvan bir müddət iki stulda otura biləcəkmi?

- Həqiqətən bilmirəm. Dəqiq tarixləri proqnozlaşdırmıram.

– Moskva vaxtaşırı xəbərdarlıq edir ki, Ermənistan Ukraynanın taleyini yaşaya bilər...

- Hansı taleyi?

– Göründüyü kimi, Ermənistan dövlətçiliyinin süqutu.

– Krım və Donbassın rolu necə olacaq? Ermənistanda daxili separatizm üçün heç bir əsas yoxdur. Bu boş, mənasız demaqogiyadır.

- Yaxşı, sualı başqa cür verəcəm. Nəhayət Rusiyanı tərk etsə, Ermənistanın aqibəti necə olacaq?

– Aydındır ki, Türkiyə ilə Azərbaycan arasında bölünəcək.

- Bu necə mümkündür?

- Asanlıqla. Qərb istəsə belə onu qoruya bilməyəcək.

– Sizcə, Ermənistanda insanlar bunu başa düşmürlər?

– Ermənilərdən soruşmaq lazımdır. Qərbçilik çoxdan bir dinə çevrilib.

– Sizcə, Moskva Ermənistanı bu qədər asanlıqla təsir zonasından buraxacaq?

- “Moskva buraxmayacaq” nə deməkdir?

– Rusiyanın Ermənistana təsir alətləri var- siyasi, iqtisadi…

- Həqiqətən bilmirəm. Mən Ermənistanın siyasətini dəyişmək istiqamətində hər hansı tendensiya görmürəm.

– ABŞ-ın məhdud hərbi kontingenti artıq Ermənistanda, Zəngəzurda peyda olub. Ermənistanda tamhüquqlu Amerika hərbi bazalarının yaranmasına ehtimal verirsinizmi?

- Amerikalılar ora getməyəcək, çox problemli yerdir.

– İrəvan konstitusiyanın dəyişdirilməsinə və Bakı ilə sülh müqaviləsinin imzalanmasına razı olacaqmı?

- Onların nə qədər oyun oynayacaqlarını söyləmək mənim üçün çətindir. Bu, görünür, bəzi daxili amillərlə müəyyən edilir. Onları mühakimə etmək mənim üçün çətindir.

– Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına ehtimal verirsinizmi?

- Tamamilə. İstənilən müqavilə ləğv edilə bilər.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər