Müsahibə

  • 5 584

Aleksandr Kobrinski: “Ermənistan Qərbin Cənubi Qafqazı sarsıtmaq üçün tramplininə çevrilir” - MÜSAHİBƏ

image

Rusiya Etno-Milli Strategiyalar Agentliyinin rəhbəri, tarix elmləri doktoru, professor Aleksandr Kobrinskinin Caliber.Az-a müsahibəsində Ermənistan-Qərb ittifaqının Cənubi Qafqazdakı planlarından danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

— Sizcə, ABŞ niyə Ermənistanda hərbi mövcudluğunu gücləndirir? Onların Cənubi Qafqazda əsas məqsədi nədir?

— Fikrimcə, Amerikanın Ermənistanla bağlı siyasəti müstəsna olaraq kinli istehlakçı xarakter daşıyacaq. Onların məqsədi bəllidir. Birinci mərhələdə sabitləşdirici amil kimi Rusiyanı Ermənistandan sıxışdırmaq. Sonrakı mərhələlərdə Ermənistanı Cənubi Qafqazda təxribat və təxribat fəaliyyətləri üçün tramplinə çevirmək. Məqsəd regionda idarə olunan xaos yaratmaq və qonşu ölkələrə nüfuz edərək onları parçalamaq və Ermənistan ərazisindən istifadə etməklə hamını hamıya qarşı qoymaqdır. Heç bir istisna yoxdur. Və bütün bunlar resursları ələ keçirmək, Mərkəzi Asiyadan Avropaya, Hindistandan Aralıq dənizinə, Şimaldan-Cənuba və s. logistika marşrutlarını bağlamaq və onlara nəzarət etmək naminədir. Üstəlik, logistikaya nəzarəti ələ keçirmək, bəlkə də, resurslara nəzarətdən daha vacib vəzifədir.

— Ermənistan Müdafiə Nazirliyində amerikalı müşavir peyda olacaq. Bu niyə edilir?

— Dövlət Departamentinin məlumatına görə, guya hərbi attaşe Ermənistan Müdafiə Nazirliyinə silahlı qüvvələrdə islahatlara kömək edəcək. Əslində hərbi müşavirin silah alınmasına və Ermənistan ordusunun NATO standartına keçirilməsinə nəzarət edəcəyini düşünürəm. Həm də Ermənistanın hərbi idarəsinin hərəkətlərinə nəzarətçi funksiyasını yerinə yetirir.

— Rusiyada hesab edirlər ki, Qərb Ermənistandan 2-ci Ukrayna yaratmaq niyyətindədir. Bunun üçün real ilkin şərtlər varmı?

- Bəli. Qərb təkcə bunun bağlı öz qərarını vermədi. O bunu realda edir. İndi Ermənistan yeni dostları ilə anti-Rusiyaya doğru onsuz da məğlub olunmuş yolda möhkəm addımlarla irəliləmək niyyətindədir. Əgər bir dövlətin rəhbərləri öz xalqına xəyanət edib, anqlosakslara satıblarsa, öz ölkəsinin vətəndaşlarını tarixdən məhrum etmiş olurlar. Klio isə bir neçə dəfə dediyim kimi, ona hörmət etməkdən imtina etdiyi üçün həm xalqı, həm də onların yaratdığı dövləti məhv edir.

— Nisbətən bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisi O'Brayen etiraf etdi ki, Vaşinqton Ermənistana Rusiyadan uzaqlaşdırmağa kömək edir. ABŞ niyə bu faktı açıq etiraf edir?

- Siyasət bitdi. Qərbin siyasəti siyasətçiləri sıxışdıran məmurlar tərəfindən idarə olunmağa başladı. Onların planlaşdırma üfüqü ən yaxşı halda səlahiyyət müddəti ilə məhdudlaşır, lakin real olaraq bir və ya iki ildir. Siyasətçilər onilliklər sonranı düşünürlər. Məmurun vəzifəsi o, nə qədər yüksək səslə danışsa, sahibi onu bir o qədər yaxşı xatırlayacaq, karyerası daha yaxşı olacaq. Russofobiya indi dəbdədir. Ermənistan amerikalıların əlində alətə çevrilir və amerikalılar bunu heç gizlətmirlər. Rusiyanı ələ saldıqlarını düşünən erməni xalqı Nikol Paşinyanın siyasətindən əziyyət çəkəcək. Qərb sponsorlarının sifarişi ilə hərəkət edən Paşinyan təkcə öz xalqına deyil, tarixinə də xəyanət edir. A.S Puşkin hələ 1830-cu ildə deyirdi: "Vəhşilik, alçaqlıq və cəhalət keçmişə hörmət etmir, yalnız indiki zaman hədəfindədir".

— Artıq Zəngəzurda ABŞ-ın hərbi mövcudluğu qeydə alınıb. Gələcəkdə Ermənistanda tamhüquqlu ABŞ hərbi bazasının yaranması ehtimalı nə dərəcədədir?

-Düşünürəm ki, ABŞ-ın indi vəzifəsi hərbi baza yaratmaqdan çox Rusiyanı bölgədən sıxışdırmaqdır. Üstəlik, bu istiqamətdə sistemli və ardıcıl işləyirlər. İndi Rusiyanın diqqəti ABŞ-ın istifadə etmək istədiyi Ukrayna münaqişəsindən yayınıb. Onlar artıq Rusiya sərhədçilərini Ermənistanın “Zvartnots” hava limanından sıxışdırıb çıxarıblar və indi hər şeyi və istənilən miqdarda idxal edə bilirlər. Hesab edirəm ki, ayrılan milyonlarla nə gətirəcəklərini izah etməyə ehtiyac yoxdur.

— Gümrüdəki Rusiya hərbi bazasının taleyi necə olacaq?

— Rusiya bazası bütün mümkün imkanlarla sıxışdırılacaq. Çox güman ki, ABŞ fransızları gərginləşdirəcək və onlar öz hərbi kontingentini Ermənistana göndərəcəklər. Düşünürəm ki, fransızlar Afrikanın qisası olaraq bu məsələni təxirə salmayacaq və gələcəkdə Ermənistanda peyda olacaqlar.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər