PDF Oxu

Müsahibə

  • 7 840

SOCAR Özbəkistanda “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə təmsil olunur

image

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan məhsullarına və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan "İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım" adlı sərgidə öz stendi ilə təmsil olunur.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunan sərgidə SOCAR stendi çoxsaylı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

SOCAR-dan SİA-ya bildirilib ki, stenddə şirkətin fəaliyyət istiqamətlərinə, o cümlədən apstrim, midstrim, daunstrim, "Yaşıl gündəlik" və insan kapitalı üzrə əldə olunan ən son nailiyyətlərə dair məlumatlar "touch screen" ilə idarə olunan 5 LED monitor vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.

Stenddə, həmçinin SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri barədə məlumatlar əldə etmək mümkündür.

Burada "Şahdəniz Alfa" platforması, oradan boru ilə qazın Gürcüstan vasitəsilə Türkiyəyə ötürülməsi və yayılması, eyni zamanda, həyata keçirilən fəaliyyətdə insan kapitalının vacibliyi neftçi obrazı ilə 3D effektlərlə təqdim edilir. Stenddə, eyni zamanda, "Şahdəniz Bravo" platformasının maketi 3D (LED) Fanlarla nümayiş etdirilir.

SOCAR-ın stendində, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan məhsullar, o cümlədən Aİ 92 və Aİ 95 markalı benzin, neft koksu, kerosin, nafta, bitumen və dizel təqdim olunur.

Digər xəbərlər