Əsas

  • 14 695

Qazaxstanlı ekspert: “Azərbaycanın Qarabağda istədiyini etmək hüququ var” - RƏY

image

Ermənistan tərəfi hələ də bütün dünyaya sübut etməyə çalışır ki, guya Bakı Ermənistanla Azərbaycanın Qarabağ bölgəsini birləşdirən yolu bağlayır. Baxmayaraq ki, söhbət yalnız qeyri-qanuni yüklərin daşınması üçün orada yaranan mülki (silahsız) maneədən gedir.

Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyaya işgüzar səfəri zamanı Bundestaqın Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədri Yohan Vadeful ilə görüşüb. ER XİN-in məlumatına görə, “nazir Mirzoyan həmsöhbətinə Azərbaycanın Laçın dəhlizinin blokadaya alınması nəticəsində Qarabağda yaranmış humanitar böhranla bağlı təfərrüatları təqdim edib və blokadanın aradan qaldırılması üçün tərəfdaş dövlətlər tərəfindən aydın addımların atılmasının vacibliyini vurğulayıb”.

Sonra Ararat Mirzoyan Fridrix Ebert Fondunda keçirilən dəyirmi masada çıxış edib. Və yenə Mirzoyan Azərbaycanın Laçın dəhlizinin qarşısını alması nəticəsində Qarabağda yaranmış humanitar böhrana toxunub.

Daha sonra Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Erməni Apostol Kilsəsinin Qüds Patriarxlığında olub və arxiyepiskop Nurxan Manukyanla görüşüb. Eçmiədzinin mətbuat xidmətinin məlumatına görə, “görüş zamanı Manukyan səfirdən xahiş edib ki, Laçın dəhlizinin tezliklə açılması üçün Putinə onun xahişini çatdırsın.

Bundan əvvəl Kanada Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsi Azərbaycanın Qarabağın davam edən blokadasını müzakirə etmək üçün iki ayrı iclas keçirib.

Bu hadisələrin lap əvvəlində, dekabrda- yanvarın əvvəllərində bəzi beynəlxalq strukturlar, bir sıra ölkələrin parlamentləri nədənsə, ermənilərin xaricdəki şikayətlərinə qucaq açıb, demək olar ki, dərhal qərarlar, müraciətlər, çağırışlar qəbul ediblər ki, Laçın yolunu açın. Bu da heç bir nəticə vermədi - Bakı video və fotoların köməyi ilə sübut etdi ki, Azərbaycan tərəfdən heç kim keçidə mane olmur, üstəlik, Qırmızı Xaç və Rusiya hərbçilərinin maşınları hər gün oradan hərəkət edir. Hər iki istiqamətdə, heç kim eyni dinc ermənilərə mane olmur- nə qədər ki, onlar Azərbaycan ərazisinə silah, sursat və erməni hərbçiləri daşımırlar.

Sonra mövzu sanki bir az arxa plana keçdi, heç kim bu məsələ ilə bağlı bəyanatları qəbul etmir, buna baxmayaraq Ermənistanın hakimiyyət orqanları, diasporu, Qarabağ separatçılarının qalıqları hay-küy salmaqda davam edir. Bu arada Laçın yolunda ekoloqların aksiyası davam edir. Yəni, faktiki olaraq, qanunsuz hərəkətlərə maneə hələ də davam edir.

Hesab etmək olarmı ki, Ermənistan tərəfinin beynəlxalq informasiya təzyiqi ilə Azərbaycanı öz ərazisi üzərində nəzarətdən əl çəkməyə məcbur etmək cəhdləri artıq iflasa uğrayıb, iflasa uğrayıb? Xarici ekspertlər bu məsələ ilə bağlı fikirlərini “Caliber” analitik mərkəzinə bölüşüblər. Ekspertlərin fikirlərini oxucularımzıa təqdim edirik.

Qazaxıstanlı politoloq, alim Jaksılık Sabitov qeyd edir ki, bu məsələdə iki böyük müstəvi var. Birinci qanunidir, ona görə Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir. Qarabağı Ermənistanın ərazisi kimi heç kim tanımırdı. Və buna görə də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan qanuni olaraq müəyyən edilmiş ərazisində olduğu kimi Qarabağda da istədiyini etmək hüququ var.

“İkinci məqam, təbii ki, Qarabağın daxilində və ətrafında baş verənlər ətrafında konkret siyasi vəziyyətdir. Azərbaycan faktiki olaraq Laçın dəhlizi üzərində ekoloji fəallar şəklində də olsa, müəyyən sədd, nəzarət yaradıb. Və burada qeyd etmək lazımdır ki, Bakının bunu etmək hüququ var, çünki beynəlxalq hüquq onun tərəfindədir.

Bəli, Qarabağ erməniləri özləri üçün hansısa statusu qorumaq istəyirlər, lakin təəssüf ki, onlar üçün bu, artıq mümkün deyil – Azərbaycan vəziyyətə yenidən baxmaq qərarına gəlib, bu da ona tam uyğun gəlmir.

İndiki şəraitdə Azərbaycan öz hüquq və öhdəlikləri çərçivəsində, Qarabağın onun bir parçası olması çərçivəsində özünü düzgün aparır.

Demək olar ki, onun hansısa açıq Laçın dəhlizi yalnız qarşı tərəf öz öhdəliklərini yerinə yetirməyə başlayandan- məsələn, Zəngəzur dəhlizini açandan sonra olmalıdır. Yəni hər iki dəhliz paralel işləsəydi, ədalətli olardı. Əgər buna nail olmaq olarsa, onda heç bir məsələ qalmayacaq. Amma faktiki olaraq indi Azərbaycanın öz gördüyü işi görmək hüququ var və bu, beynəlxalq standartlara tam uyğundur”, - deyə C.Sabitov bildirib.

Tərcümə - Elçin

Digər xəbərlər