“The New York Times”: Azərbaycan rəsmiləri sülh istəsələr də ölkənin ərazi bütövlüyündən imtina etmək niyyətində deyillər
ABŞ-ın nüfuzlu "The New York Times" qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məqalə dərc edilmişdir.
Məqalənin müəllifi Ellen Barri bu münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti, beynəlxalq vasitəçilərin, o cümlədən Rusiyanın münaqişəyə yanaşması, Azərbaycan rəsmilərinin məsələnin nizamlanması ilə bağlı mövqeyindən yazır.
Müəllif yazır ki, hazırda Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi qüvvədə olsa da, bu münaqişə hər an alovlana bilər. Həm sıravi Azərbaycan vətəndaşları, həm də rəsmilər sülh istəsələr də, Azərbaycanın ərazi bütövlüyündən imtina etmək niyyətində deyillər.