PDF Oxu

Əsas

  • 13

“Azərbaycanda son bir neçə ay ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində səylər əhəmiyyətli dərəcədə güclənib”

“Azərbaycanda son bir neçə ay ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində səylər əhəmiyyətli dərəcədə güclənib”
"Azərbaycanda son bir neçə ay ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində səylər əhəmiyyətli dərəcədə güclənib. Bu mübarizə həm inzibati forma və metodlarla, həm də qanunvericilik bazasının təkmilləşdirilməsi ilə aparılır". SİA-nın xəbərinə görə, bunu, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan xoşagəlməz korrupsiya hallarına qarşı mübarizənin qarşısının alınması istiqamətində öndə gedən dövlətlərindən birinə çevrilib: "Hesab edirəm ki, bu siyasət bundan sonra da davam etdiriləcək. Eyni zamanda onu da vurğulamaq istərdim ki, Azərbaycanda korrupsiya və digər bu kimi xoşagəlməz halların mövcudluğu bəzi mətbu orqanlarda məqsədli şəkildə təqdim olunan kimi deyil". Eyni zamanda Ə. Əhmədov Yeni Azərbaycan Partiyasının Tükiyədə keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. YAP-ın İcra katibi Türkiyənin dost və qardaş ölkə olduğunu xatırladıb: "12 iyun seçkilərində xalq hansı partiyanı dəstəkləyərsə, bu, həm Azərbaycan xalqı, həm də YAP üçün məqbul olacaq. Həmçinin əgər Türkiyə tərəfi rəsmi şəkildə Yeni Azərbaycan Partiyasına bu ölkədə keçiriləcək seçkinin gedişini izləmək üçün dəvət göndərərsə, biz bu prosesdə iştirak edərik. Azərbaycanın rəsmi strukturları olan Milli Məclis və Mərkəzi Seçki Komissiyası Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcək. Çünki bu qurumlara dəvət olacaq. Ancaq bunu da vurğulamalıyam ki, YAP-la Ədalət və İnkişaf Partiyası (AKP) arasında çox yaxşı ilişkilər var. Biz mütəmadi olaraq müxtəlif səviyyələrdə toplantılar keçirir, müzakirələr aparırıq. Onu da məmnunluq hissi ilə deməliyəm ki, qardaş dövlət Türkiyədə AKP hökumətinin rəhbərliyi altında həm iqtisadiyyatın, həm də digər sahələrin inkişafında yüksək nəticələr əldə olunub. Türkiyə son illərdə sürətlə inkişaf edib. Bu ölkə hazırda dünyanın ən çox inkişaf etmiş 20 ölkəsindən biridir. Digər sahələrdə də inkişaf var. Bütün bu nailiyyətlərin əldə olunmasında isə Türkiyədə hakimiyyətdə olan AKP-nin çox böyük xidmətləri ayrıca qeyd olunmalıdır. Hesab edirəm ki, türk seçicilər bütün bunların hamısını nəzərə alacaq".

Digər xəbərlər