PDF Oxu

Əsas

  • 15

lham Əliyev fenomeni Azərbaycan millətinin və dövlətçilik tarixinin növbəti quruculuq mərhələsinin lokomotivi olmuşdur

lham Əliyev fenomeni Azərbaycan millətinin və dövlətçilik tarixinin növbəti quruculuq mərhələsinin lokomotivi olmuşdur

Dünyanın inkişaf prosesində hər bir ölkənin, hər bir dövlətin tarixinə, milli-mənəvi dəyərlərinə və digər mühüm cəhətlərinə əsaslanan müxtəlif ideologiyalar formalaşmışdır. Tərənnüm olunan bu ideologiyalardan, ideoloji xüsusiyyətlərdən həmin dövlətlərin və xalqların onlara xas olan müəyyən prizmaları sərgilənir, onların tanınması bu istiqamətdə cərəyan edir. Məhz bizim ölkəmizdə-Azərbaycanda mövcud olan ideoloji xətt müstəqil dövlətimizi biliklərə əsaslanan cəmiyyət səviyyəsinə qaldıracaq mənəvi dəyərdir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinskiy Raboçiy" qəzetində dərc edilən məqaləsi də bu baxımdan önəmli əhəmiyyət kəsb edir.
Ulu Öndər Heydər Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan müasir, çiçəklənən dövlət ola bilər

Sözügedən yazının əsas atributlarından biri də Azərbaycanı mənəvi və fiziki zəiflətmək cəhdindən müdafiə etmək, onu unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirmək azərbaycançılığın əsasını təşkil etməsidir. Bu müstəvidə, akademik Ramiz Mehdiyev azərbaycançılığı məsuliyyət və şüurlu vətəndaşlıq üzərində istiqamətlənmiş faktor kimi də dəyərləndirir:" Tarixi inkişafın yeni mərhələsində azərbaycançılıq məsuliyyət və şüurlu vətəndaşlıq, xalqın və müstəqil dövlətin sabahkı günə istiqamətlənmiş dünyagörüşü sistemidir".
Prezident Administrasiyasının rəhbəri Ulu Öndər Heydər Əliyevi millətin və dövlətçiliyin xilaskarı adlandıraraq vurğulayıb ki,  Heydər Əliyev  öz dünyagörüşü, təcrübəsi və fəaliyyəti ilə bu günə kimi mövcud dəyərlər sistemindən və siyasi oriyentirlərdən yüksəkdə duran şəxsiyyətdir:" Heydər Əliyevi tarixi şəxsiyyətlər səviyyəsinə yüksəldən vətəndaş və siyasi fədakarlığı onun qətiyyətində, müxtəlif təhlükələrə və təqiblərə baxmayaraq, siyasətə qayıdıb Azərbaycanın taleyini öz əlinə götürməsində əksini tapmışdır. Heydər Əliyev tarixi şəxsiyyət olaraq ölkədəki mövcud vəziyyəti aydın şəkildə qiymətləndirmiş, hakimiyyət boşluğunun, separatizmin aradan qaldırılması və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordunun yaradılması kimi Azərbaycan dövlətinin mövcudluğunu şərtləndirən təcili və həyati vacib məsələlərin həlli ətrafında Azərbaycan cəmiyyətini səfərbər edə bilmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradaraq milli müstəqilliyin inkişaf vektorunun dönməzliyini təmin etdi. Dahi Öndər Heydər Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan müasir, çiçəklənən dövlət ola bilər. Heydər Əliyev həm nəzəri səviyyədə, həm də təcrübədə konsolidasiyalı demokratiyanın həyatqabiliyyətli modelini təşkil edən norma və dəyərləri həyata keçirdi."

Müasir cəmiyyətin, müasir infrastrukturun və müasir insanın formalaşdırılması

Hər bir dövlət başçısının xalq arasında  mövcud şəxsiyyəti, siyasi manevrləri və siyasi parametrləri ilə ölçülür, formalaşır. "Prezident İlham Əliyevin şəxsiyyəti  2003-cü ildən başlayaraq, ölkənin növbəti inkişaf  mərhələsinin simvoluna çevrildi" ifadəsini qeyd edən hörmətli akademik məhz bu önəmli fikirləri ilə oxucunun nəzərini bu mühüm məqama yönəldir: "Müstəqil milli dövlətçiliyin və identikliyin saxlanması strategiyası ilə eyni vaxtda dünya birliyinə inteqrasiyanı nəzərdə tutan milli ideyanın İlham Əliyev tərəfindən fəlsəfi dərk edilməsi onun bütün əməli fəaliyyətində öz əksini tapmışdır. İlham Əliyevin şəxsi keyfiyyətləri onu tarixi miqyaslı dövlət xadimi funksiyasına, millətin kollektiv tarixi təcrübəsini dövlət quruculuğu məcrasına yönəltməyə meyilləndirir. Prezident İlham Əliyev ölkə qarşısında duran modernləşmənin əsas vəzifələrini belə müəyyənləşdirmişdir: müasir cəmiyyətin, müasir infrastrukturun və müasir insanın formalaşdırılması.
Akademik Ramiz Mehdiyev, eyni zamanda, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ölkə başçısının əsas strateji məqsədlərinə də toxunmuşdur:"Qeyri-neft sektorunun inkişaf etdirilməsi iqtisadi və sosial xarakterli digər məsələləri həll etmək üçün Azərbaycan Prezidentinin əsas strateji məqsədlərindən olmuşdur."
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev digər məsələlər barədə də söhbət açaraq qeyd edib ki, Prezidentin əsas fəaliyyətlərindən biri də kadr potensialının inkişaf etdirilməsində gənclərin cəlb edilməsidir: "Dövlət aparatına, ictimai fəaliyyətə, iqtisadiyyat sektorlarının və müəssisələrin idarəçiliyinə, elmi-tədqiqat fəaliyyətinə mümkün qədər çox fəal gəncin cəlb edilməsi dövlət başçısının uzunmüddətli kadr siyasətinin formasına çevrilmişdir".
Eyni zamanda, bu gün zəngin mədəni irsə və ölkə ərazisində müxtəlif mədəniyyətlərin birgəyaşayış təcrübəsinə malik olaraq Azərbaycan uğurla regional səviyyəli mədəniyyətlərarası dialoqun ideal platformasına çevrilir: "Azərbaycanda modernləşmə kursunu nəzərdə tutan iqtisadi inkişaf və dövlət idarəçiliyi modeli getdikcə təkmilləşəcək və bu mənada Azərbaycan demokratiyasının təkamülü istiqamətində səylər davam etdiriləcək. Artıq birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyevin  Azərbaycanın inkişaf vektoru ilə bağlı strateji planı özünü tam doğruldub".
Sonda hörmətli akademik tərəfindən vurğulanıb ki, İlham Əliyev şəxsiyyətinin fenomeni müasir Azərbaycanın tarixi nailiyyətlər əldə etməsində başlıca rol oynamış və Azərbaycan millətinin və dövlətçilik tarixinin növbəti quruculuq mərhələsinin lokomotivi olmuşdur.

Digər xəbərlər