PDF Oxu

Əsas

  • 25

Əli Həsənov: "Azərbaycan dünyada yeganə ölkədir ki, mədəniyyətinə, təhsilnə, incəsənətinə bu qədər diqqət ayırır"

Əli Həsənov: "Azərbaycan dünyada yeganə ölkədir ki, mədəniyyətinə, təhsilnə, incəsənətinə bu qədər diqqət ayırır"
Bildiyimiz kimi, dünən axşam Azərbaycan tarixi bir qələbəyə imza atdı. "Evrovision-2011" mahnı müsabiqəsində təmsilçilərimizin qələbəsi bu gün bütün dünya xalqlarının gündəmindəki əsas məsələyə çevrilib. Qələbimiz səbəbilə yaşadığımız sevinci və duyduğumuz fəxri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da SİA-ya açıqlamasında bizimlə paylaşdı. "Bəli, dünən Azərbaycan tarixində yeni bir ilk yaşandı. Mən bu münasibətlə bütün Azərbaycan xalqını, Azərbaycan gənclərini təbrik edirəm. Bu qələbə sözün həqiqi mənasında musiqi, mədəniyyət, incəsənət aləminin uğurudur. Mədəniyyət sahəmizdə yaşanan bu qalibiyyət cəmiyyətimizin, ictimaiyyətimizin, bütün xalqımızın baş ucalığıdır". Qələbə ilə bağlı sevinc hisslərini paylaşan Əli Həsənov bunun təsadüfi olmadığını və bütün bu işlərin görülməsində ölkə prezidentinin əməyini diqqətə çatdırıb: "Əlbəttə,Azərbaycanın bu müvəffəqiyyəti təsadüfi deyil. İllərdir Azərbaycan gəncliyinə, incəsənətinə, musiqisinə dövlət səviyyəsində göstərilən qayğı, ayrılan investisiya və yönəldilən diqqət sonda öz nəticələrini verdi. Böyük bir fəxrlə qeyd etmək istəyirəm ki, bəlkə də Azərbaycan dünyada yeganə ölkədir ki, mədəniyyətinə, təhsilnə, incəsənətinə bu qədər diqqət ayırır və ciddi yanaşır. Bütün bunlar ilk növbədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalqına xidmətinin bariz nümunəsidir. Onun prezidentliyi tarixi boyunca Azərbaycan mədəniyyətinə ayırdığı diqqətin nəticəsidir ki, bu gün xalqımıza bu sevinci yaşadır. Təsadüfi deyil ki, hər il olimpiyadalarda medallarımızın sayını artırırıq və dünya səviyyəsində idmançılarımız yüksək nəticələr göstərir. Yəni, Azərbaycan hər keçən gün daha gözəl qələbələrə addım-addım yaxınlaşır. Unuutmamalıyıq ki, bu qələbə prezidentimizin rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondunun və Fondun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu sahəyə göstərdiyi qayğı və diqqətlə birbaşa əlaqəlidir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İnşallah bu müvəffəqiyyətlərimizin başlanğıcı olar. Arzu edirəm ki, daha böyük uğurlara imza ataq!"

Digər xəbərlər