PDF Oxu

Əsas

  • 17

Avropa Birliyinin Azərbaycanla bağlı qərarı reallığı əks etdirmir

Avropa Birliyinin Azərbaycanla bağlı qərarı reallığı əks etdirmir

- Səməd müəllim, Avropa Birliyi belə bir bəyanat yayıb ki, guya Azərbaycanda söz və mətbuat azadlığı pozulur, insanların sərbəst toplaşma azadlığında müəyyən əngəllər yaradılır. Sizcə, əsassız bu iddianın kökündə dayanan səbəb nə ilə əlaqədardır?

- Artıq 20 ildir ki, öz müstəqilliyini yaşayan Azərbaycan dövləti gündən-günə inkişaf edir, çiçəklənir, getdikcə nüfuzu artır, və nəinki regionda, ümumiyyətlə, MDB məkanında lider ölkəyə çevrilir. Məlum məsələdir ki, Azərbaycanın gücü, qüdrəti artdıqca dövlətimizi istəməyən qüvvələrdə də narahatlıq yaradır. Azərbaycan dövləti bu gün Avropanın maraqları çərçivəsində enerji, ümumi təhlükəsizlik sahəsində çox böyük və dəyərli işlər görüb. Avropanın iqtisadi və mədəni inkişafı ilə bağlı məsələlər Azərbaycanda həyata keçirilməkdədir. Buna görə də bəzi qüvvələr istəyirlər ki, Avropaya nümunə olan Azərbaycanın artan nüfuzuna hansısa formada kölgə salsınlar. Azərbaycana qonaq qismində gələn insanlar söz və mətbuat azadlığının mövcudluğunun canlı şahidi olur. Bəzi qurumlar dövlətimizə qarşı öz qara niyyətli hisslərini bildirmək üçün belə bir bəyanat verirlər ki, guya Azərbaycanda söz və mətbuat azadlığı pozulur. Bu, kökündən yanlış bir bəyanatdır və belə sərsəm bəyanatlara reaksiya vermək, fikir söyləmək məcburiyyətində deyilik. Birmənalı şəkildə, dəfələrlə bütün strukturlara bildirmişik ki, Azərbaycana qarşı ikili standartlar tamamilə qəbulolunmazdır. Bu gün hər bir kəsə bəllidir ki, Avropada dini dözümsüzlük məsələsi mövcuddur. Hollandiya, İsveçrə, Böyük Britaniya və demokratiyanın beşiyi olan digər ölkələrdə hansısa formada dini dözümsüzlük məsələsi mövcuddur. Azərbaycan dövlətində isə, hansısa bir özəl qurum deyil, dövlətimiz tərəfindən yeni-yeni kilsələr, sinaqoqlar, məscidlər və dinlərarası dialoqlar təşkil olunur. Azərbaycanda Avropa kimi dini dözümsüzlük məsələsi nəinki yoxdur, heç müzakirə mövzusu belə deyil. Bu gün Avropa iqtisadi nöqteyi-nəzərdən inkişaf deyil, öz tənəzzül dövrünü yaşayır.
- Ermənistanın Azərbaycan torpaqlarını işğal faktına Avropa Birliyinin ikili yanaşma tərzi nümayiş etdirməsi təəccüb doğurmur ki?
- Bəli, çox təəssüf doğuracaq məqamdır ki, işğalçı dövlət olan Ermənistan regionda nə Avropanın, nə də beynəlxalq arenanın qanunlarına riayət etmir, zəbt etdiyi Azərbaycan torpaqlarını isə, hələ də işğal altında saxlayır. Avropa isə, ikili standartlardan qaynaqlanaraq, təcavüzkar Ermənistana qarşı heç bir mövqe sərgiləmir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Liviyaya qarşı beynəlxalq aləm dərhal ciddi sanksiya tətbiq etdi, lakin Ermənistan bu sanksiyadan hələ də kənarda qalır. Belə bir vəziyyət Avropanın özünü zəiflədir və getdikcə nüfuzuna hansısa formada kölgə salır. Öz dəyərlərinə, ənənələrinə riayət etməyən təşkilat, yaxud da dövlət Azərbaycanın dəyərlərinə necə riayət edəcək? Bu dövlətlərdən fərqli olaraq, Azərbaycan əvvəldən indiyə qədər bir mövqedədir və məqsədyönlü siyasət yürüdür. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycan kimi bir dövləti bütün dünyada inkişaf edən ölkələr sırasına çıxarıb.
- Bəs sizcə, AŞPA ilə Azərbaycan arasındakı əlaqələri, əməkdaşlıq münasibətlərini yetərli qədər qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycanın AŞPA ilə əməkdaşlığı sahəsində bir çox nailiyyətlər əldə etmişik. Yəni Azərbaycan qanunvericiliyi bütün dünyada qəbul olunmuş qanunvericiliyə uyğunlaşdırılıb. Azərbaycan dövləti beynəlxalq çərçivədə fəalliyyət göstərmək iqtidarındadır. Doğrudur, AŞPA Ermənistanı işğalçı dövlət kimi tanıyıb, problem ondan ibarətdir ki, AŞPA qəbul etdiyi sənədlərin icrasını həyata keçirmək iqtidarında deyil. Əgər belə olmasaydı, 2005-ci ildə Dağlıq Qarabağın işğal olunması faktı ilə bağlı qəbul olunmuş xüsusi qətnamənin icrasını heç tərəddüd etmədən həyata keçirərdi. Bu yaxınlarda Azərbaycan tərəfi böyük bir iradə, səy göstərərək Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasına nail oldu və bunu AŞPA yekdilliklə qəbul etdi. İşğalçı dövlət olan Ermənistan isə, bunun tamamən əleyhinədir və səbəb də məlumdur. Çünki Ermənistanın işğalçılıq siyasəti, Yuxarı Qarabağda törətdikləri xoşa gəlməz hallar, qanunsuz silahlı birləşmələrin mövcud olması, narkotik alverinin alınıb satılması faktı bir daha bütün beynəlxalq arenaya bəlli olacaq. Onsuz da bəllidir, amma Alt Komitənin bərpası və davamlı fəaliyyət göstərməsi təcavüzkar Ermənistanın necə dövlət olduğunu, güc yolu ilə hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın kim olduğunu yetərli qədər açıq-aydın ifşa edəcək. Azərbaycan qətiyyən hansısa bir dövlətlə düşmənçilik aparmaq, müharibə etmək siyasəti yürütmür. Dövlətimizin beynəlxalq qurumlardan və Ermənistandan yeganə tələbi zəbt olunan ərazilərimizin geri qaytarılmasıdır. Azərbaycan müstəqil, suveren bir dövlət olaraq, qarşısına qoyduğu bütün öhdəlikləri lazımi səviyyədə və layiqincə yerinə yetirir. Amma bütün bunların fonunda Azərbaycana qarşı qeyri-obyektiv olan məsələləri Azərbaycan heç vaxt həyata keçirməyəcək. Çünki bilirik ki, qeyri-obyektiv məsələlər ikili standartlar siyasətinin nəticəsidir. Bu siyasət isə, Azərbaycanın maraqlarına zidd olan məsələdir. Bunlardan biri də Azərbaycanda siyasi məhbuslar məsələsidir. Dəfələrlə demişik ki, insan haqları ilə problemi siyasi məhbus adı altında gizlətmək lazım deyil. İnsan haqları problemi bütün ölkələrdə var. ABŞ və BMT-nin üzvü olan ölkələrin hamısında insan haqları problemi var. Azərbaycan isə, öz problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyət və mübarizə aparır. Ermənistan parlamentinin üzvləri həbsxanadadır, günahsız insanlar həbsə atılır, qətlə yetirilir amma bunların heç birisində siyasi məhbus yoxdur. Bəzi beynəlxalq təşkilatlar isə Azərbaycanda siyasi məhbus olması iddiası ilə çıxış edirlər. Bu, qətiyyən reallıq deyil, ikili standartlardır. Azərbaycan o səviyyədə inkişaf edib ki, öz sözünü deyə və mövqeyini nümayiş etdirə bilir. Azərbaycan bu gün terrora qarşı mübarizədədir. Beynəlxalq qanunun beynəlxalq təşkilatlar içərisində ən yüksək səviyyədə və layiqincə müdafiəçisi Azərbaycan dövlətidir.
- Səməd müəllim, bəs nəyə görə, 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin atəşinə tuş gəlməsi faktına Avropa Şurası yetərli qədər və öz imkanları çərçivəsində reaksiya vermədi?

- 9 yaşlı günahsız, heç həyatı, yaşamağı belə başa düşməyən bəşər övladının snayper atəşi ilə öldürülməsi insanlığa qətiyyən sığmayan məsələdir. Həyata yeni-yeni kövrək qədəmlərini atan, ömrünün cəmi 9 ilini yaşayan uşağı öldürmək nəinki insanlığa, ümumiyyətlə, bəşəriyyətə qarşı böyük bir cinayətdir. Belə bir "qəhrəman"lığı törətmək əsil erməni fakturasına xasdır. F. Bədəlov ermənilər tərəfindən qətlə yetirilən ilk günahsız deyil. Xocalı soyqırımında, Dağlıq Qarabağın işğalında yüzlərlə, minlərlə belə körpələrimiz amansızcasına qətlə yetirildi. Əlbəttə, F. Bədəlovun ermənilər tərəfindən öldürülməsi faktının ört-basdır etmə siyasətini hansısa formada aparmaq heç bir quruma, ölkəyə şərəf və nüfuz gətirmir. Doğrudur, ədalətdən, mərhəmətdən danışan "yaxşı" qurumlar çox çalışdılar, nə qədər istədilər ki, bu məsələni gizlətsinlər. Amma biz azərbaycanlı olaraq, bu məsələyə münasibət göstərmələrini tələb etmişik. AŞPA-nın bütün ölkələrinə bunu rəsmi olaraq, çatdırmışıq. Hesab edirəm ki, bəzi hallarda sözün gücü hansısa hərəkətdən də güclüdür. Biz mənfur qüvvələr tərəfindən təqdim olunan azərbaycanlılar deyilik. Azərbaycan güclü, demokratik və böyük inkişaf potensialına malik olduğu halda, Avropanın maraqlarını öz maraqları çərçivəsində təqdim və təmsil edə biləcək dövlətdir.

Digər xəbərlər