PDF Oxu

Əsas

  • 23

Ermənistanın tarixən dövlətçiliyi olmayıb

Ermənistanın tarixən dövlətçiliyi olmayıb
İşğalçı dövlət olan Ermənistanda hökm sürən ağır sosial- iqtisadi vəziyyət, xaos və anarxiya, qarışıq münasibətlər ölkənin dağılmasına gətirib çıxarıb. İş, yemək axtarmaq, yaşamaq üçün ermənilərin yarıdan çoxu öz vətənlərini tərk edərək, başqa dövlətlərə üz tutur. Serj Sarkisyanın uğursuz siyasəti öz uğursuz nəticələrini verməkdədir. Onsuz da Ermənistan rəhbərliyi ölkəsində baş verən heç bir problemin öhdəsindən gələ bilmir və buna görə də ermənilərin tələbinə uyğun olaraq da istefaya getməlidir.
Millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, kasıb, gücsüz işğalçı Ermənistan dağılmağa məhkumdur: "Ermənistana himayədarlıq edən dövlətlər bu ölkəni böhrandan çıxarmağa çalışırlar. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər işğalçı dövlət olan Ermənistana daha çox himayədarlıq edirlər. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri təcavüzkar Ermənistana müxtəlif yollarla öz maddi və mənəvi dəstəklərini göstərirlər. Onların Ermənistana verdiyi əsas dəstək isə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda ermənilərin mövqeyinin müdafiə olunmasıdır".
Rusiyanın Ermənistana hərtərəfli dəstək verməsi məsələsinə toxunan A.Mirzəzadə vurğuladı ki, Ermənistan, əslində, Rusiyanın forpostudur. Ermənistanın tarixən dövlətçiliyi olmayıb. Eyni zamanda, Rusiyanın hesabına, onun əlində bir alətə çevrilərək, qonşu ərazilərinə iddiaları olub. Bu, 1918-ci ildə Gürcüstanla müharibəyə gətirib çıxarıb. Həmin vaxt Azərbaycanla da müharibəyə başlayıb. Ərazisi olmayan bu dövlət qonşu ərazilər hesabına özünə ərazi əldə etmək istəyib. Bütövlükdə isə, onu həyata keçirmək üçün Rusiyaya arxalanıb.
A.Mirzəzadə vurğuladı ki, təcavüzkar Ermənistan vətəndaşlarının ölkəni tərk etmələrinin qarşısı alınmaz bir prosesə çevrilib: "Ağır sosial-iqtisadi durum əhalini çıxış yolu olaraq xarici dövlətlərə getməyə vadar edir. Ölkədə ümumdaxili məhsulun artımı çox sürətli dərəcədə aşağı düşübdür. Bu, demək olar ki, təcavüzkar Ermənistanda artıq çox adi bir hala çevrilib".
Millət vəkili Ermənistan ordusunda vəziyyətin ağır olduğunu vurğuladı: "Hərbi sahədəki durum çox acınacaqlıdır. Sıravi əsgərlərlə zabitlər arasındakı gərginlik, qarşıdurma, söyüş, təhqir artıq son həddə çatıbdır. Bu gün işğalçı Ermənistan ordusunda aclıq, səfalət və bütün bunlara bərabər özbaşınalıq hökm sürür. Hətta Ermənistanın səhra komandirləri də bunu çəkinmədən etiraf etməkdədir. Demokratik rejimin olmadığı bir ölkədə hansı ədalətdən, qayda-qanundan söhbət açmaq olar".
Millət vəkili onu da qeyd etdi ki, Ermənistanın aparıcı müxalifətinin rəhbəri Ter-Petrosyan ərəb ölkələrində baş verən aksiyanın, hakimiyyət dəyişikliyinin nə vaxtsa Ermənistanda da baş verəcəyini bəyan edib. Bu gün hər kəs cinayətkar Sarkisyan rejiminə qarşıdır, həm də həmin siyasi rejimin bir-birinin ardınca çox mənfi biznes fəaliyyətləri, kriminal aləmlə mütəmadi əlaqələri, qeyri-insani "alver" xobbisi üzə çıxır". Ermənistan digər davranışlarında da heç bir qanunauyğun addım atmır. İşğalçı dövlət oturuşması, formalaşması və xarici əlaqələrinin quruculuğu üçün normal yaşayış prinsiplərinə, hüquqi prinsiplərə nəzərən addım atmır. Daha çox mütəşəkkil cinayətkarlıq, silah qaçaqmalçılığı, narkotiklərin ötürülməsi, insan alveri və s. kimi dünyada qəbul olunmayan vasitələrin üzərində bərqərar olunub. Xüsusilə də Dağlıq Qarabağ ermənilər üçün xüsusi bir tranzit məkandır.

Digər xəbərlər