PDF Oxu

Əsas

  • 29

Dövlət Sərhəd Xidməti ilə Türkiyə Quru Qoşunları arasında əlaqələr genişlənir

Dövlət Sərhəd Xidməti ilə Türkiyə Quru Qoşunları arasında əlaqələr genişlənir
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Ərdal Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında baş tutan görüş zamanı qonaqlara Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətdən kənarda qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib. Həmçinin, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi əməkdaşlığın bəziyyəti və perspektivləri müzakirə olunub.

Digər xəbərlər