PDF Oxu

Əsas

  • 18

Azad söz və müstəqil mətbuat

Azad söz və müstəqil mətbuat
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Jurnalist Qadınlar Assosiasiyasının növbəti tədbiri keçirildi. Bu tədbir də əhatəliliyinə və jurnalist peşəkarlığına verilən dəyər baxımından əhəmiyyətli idi.
Mərasimdə çıxış edən JQA-nın prezidenti Sevil Yusifova tədbirdə iştirak edənləri milli bayramlarımız münasibətilə təbrik etdi. S.Yusifova tədbirin mahiyyəti barədə açıqlama verərək həyata keçirilən önəmli layihələr barədə də danışdı: "Artıq 12 ildir ki, JQA jurnalist qadınları, müstəqil mətbuatın inkişafı istiqamətində onlara dəstək olan dövlət məmurlarını, diplomatları, ictimai-siyasi xadimləri mükafatlandırır. Bu gün də həmin ənənəyə sadiq qalaraq işlədikləri sahələrdə fəaliyyəti ilə fərqlənənlərə diplom və mükafatlar təqdim olunacaq".
Təşkilatın bir illik fəaliyyəti barədə hesabat verən S.Yusifova onu da bildirdi ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarına göstərilən diqqət və qayğı nəticəsində bir sıra layihələr gerçəkləşdirilibdir: "Ötən il "Yeni Azərbaycan" qəzeti ilə birlikdə uşaq mətbuatının hazırkı səviyyəsi, rayon qəzetlərinin inkişafına mane olan səbəblərin təhlili ilə əlaqədar keçirdiyimiz konfranslarda müasir mətbuatımıza göstərilən dövlət qayğısı, dəstəyi yüksək dəyərləndirildi. Milli mətbutımızın 135 illiyi ilə əlaqədar ölkədə keçirilən genişmiqyaslı tədbirlər, Prezident İlham Əliyevin azad sözün, müstəqil mətbuatın inkişafı üçün imzaladığı sərəncamlar, jurnalistlərin sosial məişət şəraitinin yaxılaşdırılması, mətbuatda çalışan əməkdaşlar üçün yaşayış evinin inşası assosiasiyamız tərəfindən həyata keçirilən dəyirmi masalar ətrafında təşkil olunan müzakirələrin əsas prioriteti oldu".
Assosiasiyanın "Kaspi" qəzeti ilə birgə həyata keçirdiyi layihə ilə bağlı məsələyə də toxunan S.Yusifova onu da vurğuladı ki, keçirilən sorğular nəticəsində dövlət başçımızın bu xoş niyyəti azad sözə verilən dəyər kimi yüksək qiymətləndirildi: "JQD "Lider Qadınlar" təşkilatı ilə birgə 2500-də artıq jurnalistin tibbi müayinədən keçirilməsini həyata keçirdi. Biz 12 ildir ki, ictimaiyyət arasında tanınıb, nüfuz qazanan insanların ədalət prinsipləri əsasında müəyyənləşdirilməsi üçün ekspertlərin, ziyalıların sadə insanların rəyini öyrənir, aparılan sorğu əsasında qalibləri müəyyənləşdiririk. Təbii ki, JQA-nın diplom və mükafatlarına layiq görülənlər arasında, cəmiyyətdə və ictimai işlərdə olduğu kimi, qadınlar üstünlük təşkil edir".
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli mükafata layiq görülənləri təbrik edərək, son illərdə JQD-nin həyata keçiridiyi layihələrdən danışdı: "Sevil Yusifovanın təşəbbüsü ilə ərsəyə gələn və bu günlərdə təqdimatı keçirilən "Zərif imzalar" kitabı müasir jurnalistikamızın tarixində önəmli hadisələrdəndir. Ən əsası odur ki, JQA tək həmkarlarını təbrik etmir, cəmiyyətdə tanınan və ictimai işlərdə fərqlənən bütün peşə sahiblərini unutmur".
"Kaspi" qəzetinin rəhbəri, filologiya elmləri namizədi Sona xanım Vəliyeva bildirdi ki, jurnalistlərə verilən mükafat onların əməyinin qiymətləndirilməsi olmaqla, məsuliyyətlərini də artırır: "JQA-nın fəaliyyəti göz qabağındadır. Onun həmkarlarının sağlamlığı naminə həyata keçirdiyi layihə isə çox önəmlidir. Sevil xanım bu istəyi ilə qələm dostlarına olan diqqətini büruzə verdi. Biz harada işləməyimizdən asılı olmayaraq, ilk növbədə, vətəndaş mövqeyimizi bildirməli, xalq və dövlətçilik naminə ölkədə aparılan quruculuq işlərinin ictimaiyyətə çatdırılmasında peşəkarlıq nümunəsi göstərməliyik".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mükafata layiq görülənləri, JQA prezidentini xeyirxah işləri üçün təbrik edərək, söylədi ki, bayram əhval-ruhiyyəsində olduğumuz bir zamanda belə tədbirlərin keçirilməsinin özü əlamətdar, yaddaşalarda iz salan hadisədir: "Ötən il "Jurnalistlərin dostu" mükafatına layiq görülən, müstəqil mətbuata göstərdiyi diqqətə görə bu peşədə çalışan yazarların etimad və hörmətini qazanan Prezident İlham Əliyevin Azərbaycanda jurnalistikanın inkişafına göstərdiyi xidmətləri misilsizdir. JQA-nın təşkil etdiyi bu mərasimi isə mən həmkar səmimiyyəti, başqalarının əməyinə verilən dəyər kimi yüksək qiymətləndirirəm".

Digər xəbərlər