PDF Oxu

Əsas

  • 18

Türkiyədə və İsraildə Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçiriləcək

Türkiyədə və İsraildə Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçiriləcək
Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunan anım tədbirlərində iştirak etmək üçün Türkiyədə və İsraildə səfərdə olacaq. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Millət vəkili ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin dünya ictimayyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra görüşlərə qatılacaq. Türkiyədə keçiriləcək tədbirlər çərçivəsində millət vəkili Qənirə Paşayevanın və Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllif olduqları, türkcə çapdan çıxan "Xocalı soyqırımı: şahidlərin dilindən" adlı kitabın təqdimatı da olacaq. Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalan Xocalı sakinlərinin acı xatirələri yer alıb. Kitabda həmin dövrdə Xocalı soyqırımı ilə bağlı dünya mediasında dərc olunan məqalələr, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları, Azərbaycan Respublikası Milli Məclisinin dünya parlamentlərinə müraciətləri də öz əksini tapıb. Bundan başqa, kitabda müxtəlif beynəlxalq təşkilatlarda bu soyqırımla bağlı yayılan və qəbul olunan sənədlər, eməni terroru faktlarla və fotoların müşayiəti ilə əks olunub. Kitab Türkiyənin İstanbul, Yalova, İsparta, İzmir və Ankara şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində ölkə ictimaiyyətinə təqdim olunacaq və yayılacaq. Millət vəkili Qənirə Paşayeva İsrailin Netaniya şəhərində də İsrail millət vəkillərinin, ictimai-siyasi xadimlərin və ictimaiyyətin iştirakı ilə keçiriləcək anım tədbirində çıxış edəcək. Səfər fevralın 25-dək davam edəcək.

Digər xəbərlər