PDF Oxu

Əsas

  • 19

"Azərbaycan neftinin Cənub-şərqi Asiya bazarına çıxarılması nəzərdən keçirilir"

"Azərbaycan neftinin Cənub-şərqi Asiya bazarına çıxarılması nəzərdən keçirilir"
Misir Ərəb Respublikasının neft naziri Samih Fəhminin dəvəti əsasında Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev 2010-cu ilin 14-17 dekabr tarixlərində Misirin İsgəndəriyyə və Qahirə şəhərlərində səfərdə olub. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər müddətində N.Əliyevi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri və Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik S.Qarayev müşayiət ediblər. Səfər çərçivəsində N.Əliyev MƏR-in Baş naziri Əhməd Nəzif, neft naziri Samih Fəhmi ilə görüşüb, İsgəndəriyyə şəhəridə yerləşən "MİDOR-Middle East Oil Refinery", "SUMED-Arab Petrolium Co", "Enppi-Engineering for the petroleum and Process İndustries" və "Petrojet" kimi neft və qazın qəbulu, emalı və nəqli ilə məşğul olan və neft-kimya məhsullarını istehsal edən şirkətlərin texniki imkanları ilə yaxından tanış olub və bu şirkətlərin ekspertlərinin təqdim etdiyi prezentasiyaları dinlənibdir.
MƏR-in Baş naziri Əhməd Nəzif ilə görüşdə Azərbaycan və Misir xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirən nazir N.Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Qahirəyə səfər etdiyini xatırladaraq, bu səfərin Azərbaycan ilə Misir arasında daim dərinləşən dostluq münasibətlərinin formalaşmasında xüsusi rola malik olduğunu nəzərə çatdırıb. N.Əliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci ilin mayında Misirə səfərini və MƏR-in Prezidenti cənab Hüsnü Mübarək ilə keçirdiyini görüşünü qeyd edərək, prezidentlərin ikitərəfli əlaqələrin daha da yaxınlaşmasına və yeni əməkdaşlıq sahələrinin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd edib və hər iki ölkənin malik olduğu iqtisadi potensialı nəzərə alaraq, yanacaq və energetika sahəsi daxil olmaqla, ikitərəfli əməkdaşlığın daha da inkişafı və ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu deyib.
Baş nazir Ə.Nəzif Misir və Azərbaycan arasındakı tarixi dostluq əlaqələrindən çıxış edərək, MƏR-in Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini qeyd edib. Baş nazir Ə.Nəzif hər iki ölkənin rəhbərliyinin nümayiş etdirdiyi yüksək siyasi iradə əsasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün imkanların mövcud olduğunu bildirərək, bu xüsusda neft və qazın ixracı və emalı sənayesinin xüsusi payının olduğunu vurğulayıb. Nazir N.Əliyev Misirin Baş nazirinə Azərbaycanın son dövrlərdə əldə etdiyi iqtisadi nailiyyətləri, Azərbaycanın iqtisadiyyatının inkişaf dinamikası və aparılan iqtisadi islahatlar haqqında ətraflı məlumat verib. Misirin neft naziri S.Fəhmi bu ilin iyun ayında Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşlərini xatırladaraq, Azərbaycan ilə Misir arasında neftin satışı və emalı sahəsində əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini qeyd etmiş və qarşılıqlı maraq doğuran bir sıra layihələr üzrə müzakirələrin aparıldığını bildirib. Nazir N.Əliyev Misirin neft-qaz emalı infrastrukturu ilə yaxından tanış olduğunu qeyd edərək, Misirin neft və qazın emalını və nəqlini həyata keçirən müəssisələrinin texniki imkanlarının onda yüksək təəssüratlar doğurduğunu nəzərə çatdırb. Misirin Aralıq dənizi sahilində yerləşən "MİDOR-Middle East Oil Refinery" neft ayırma zavodunda ARDNŞ-ın alt-strukturu olan "SOCAR Trading" şirkətinin neftinin artıq emal olunduğunu qeyd edən N.Əliyev bu rəqəmin daha da artırılması və Misirin Aralıq və Qırmızı dəniz sahillərindəki dəniz limanı infrastrukturundan istifadə edərək, daha böyük həcmdə Azərbaycan neftinin iqtisadi baxımdan daha səmərəli yolla Cənub-şərqi Asiya bazarına çıxarılması imkanlarının olduğunu diqqətə çatdırıb.
Eyni zamanda N.Əliyev aparılan müzakirələrin praktiki müstəvidə davam etdirilməsi üçün nazir S.Fəhmini yaxın vaxtlarda Azərbaycana səfərə dəvət etmişdir. Öz növbəsində nazir S.Fəhmi bu dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.
Səfərin sonunda AR sənaye və energetika naziri N.Əliyev və MƏR-in Neft Naziri S.Fəhminin iştirakı ilə Azərbaycan Dövlət Neft Akademiyası və MƏR-in Neft Nazirliyinin tərkibində fəaliyyət göstərən "OGS-Egyptian Oil and Gas Skills Company" şirkəti arasında kadrların hazırlanması, təcrübə və tədris proqramlarının mübadiləsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Səfərin yekunlarına dair AR sənaye və energetika naziri N.Əliyev və MƏR-in neft naziri S.Fəhmi tərəfindən Misirin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Digər xəbərlər