PDF Oxu

Əsas

  • 25

Ulu Öndər Heydər Əliyevin zəngin irsi gənclər üçün böyük örnəkdir

Ulu Öndər Heydər Əliyevin zəngin irsi gənclər üçün böyük örnəkdir
Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının gənclər birliyinin toplantısı keçirilib. Toplantı iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev giriş sözü ilə çıxış edərək, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının tarixi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ki, bu gün Ümummilli Lider Heydər Əliyev dühası, Onun zəngin irsi, bizlərə qoyub getmiş olduğu böyük təcrübəsi gəncələr tərəfindən dərin məhəbbətlə mənimsənilməkdədir. YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədri Sevil Əliyeva gənclərlə aparılan işlər, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, yaradılmış münbit şəraitdən istifadə edərək hər bir gəncin öz imkanlarını daha genişləndirməsindən bəhs edib. O, 1800 nəfərə yaxın gənci ətrafında birləşdirən Yevlax rayon təşkilatının gənclər birliyinin dövlətimizə, dövlətçiliyimizə olan inamını, vətənpərvərliyinin xüsusi əhəmiyyətini də vurğulayıb. Toplantıda, həmçinin, YAP Yevlax rayon təşkilatı gənclər birliyinin yeni tərkibinin seçilməsi prosesi də həyata keçirilib. Yekunda Mikayılov Ariz Akif oğlu isə yeni heyyətin sədri, Afaq Bayramova və Aynurə İsayeva sədr müavinləri seçiliblər. YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova seçilən yeni heyəti təbrik edərək, cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğının bir nümunəsi olaraq Yevlax şəhərində gənclərə yaradılan şəraitdən və onlara göstərilən diqqətdən bəhs edib. Tədbirin sonunda çıxış edən natiqlər Binyamin Musayev, Etibar Məmmədov, Akşin Kərimov və başqaları gənclər birliyinin görəcəyi işlər haqqında təkliflərlə çıxış ediblər.

Digər xəbərlər