PDF Oxu

Əsas

  • 15

"Gələcək nəsillərlə üz-üzə" III ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

"Gələcək nəsillərlə üz-üzə" III ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Dünən Təhsil Nazirliyində "Gələcək nəsillərlə üz-üzə" III ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin komitə sədrləri Şəmsəddin Hacıyev, Səməd Seyidov, Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər qurumların rəhbər şəxsləri iştirak ediblər. Mərasimə, həmçinin, "Qlobal Minillik Prizi" beynəlxalq müsabiqənin təsisçisi və prezidenti, "Minilliyin Layihəsi"nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta da qatılıb. Tədirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu müsabiqə artıq 3-cü ildir ki, BMT-nin elan etdiyi problemlərlə bağlı olaraq keçirilir. Nazirin sözlərinə görə, müsabiqə Rabitə və İnformasiya Texnologiyalan Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Minilliyin Layihəsinin Azərbaycan bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. M.Mərdanov onu da vurğulayıb ki, "Gələcək nəsillərlə üz-üzə" III ümumrespublika inşa müsabiqəsi orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilib: "Müsabiqənin keçirilməsi məqsədi ilə müsabiqənin şərtlərini əks etdirən müvafiq Təlimat və Minilliyin Layihəsinin 15 Qlobal Çağırışlarını təsvir edən yardımçı materialları Təlimata Əlavə formasında hazırlanıb. İnşa yazılarının son təqdim etmə tarixi 25 may olub. Müsabiqəyə təqdim edilən inşa yazıları Minilliyin Layihəsinin Qlobal Çağırışına uyğun 15 mövzunu əhatə edib. Müsabiqədə şagird və tələbələrin iştirakı və mövzu seçimi sərbəst, könüllü olub. İştirakçılar istənilən mövzunu seçməklə, həmin mövzuya uyğun inşa yazısını hazırlayıblar". M.Mərdanov bildirib ki, inşa yazılarının münsiflər heyəti tərəfindən qiymətləndirilməsi nəticəsində bu il şagirdlər arasından 657 iştirakçı, tələbələr arasından 423 iştirakçı 15 Qlobal Çağırış üzrə birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparıb. Onun sözlərinə görə, müsabiqənin tələbələrdən və şagirdlərdən ibarət cəmi 58 finalçısı peşəkar münsiflər heyəti tərəfindən seçilib ki, onlardan 36-sı qız və 22-si oğlan, 37-si şagird və 21-i isə tələbədir: "Müsabiqənin şagird finalçıları sırasında Bakı şəhəri üzrə 10, Sumqayıtdan 5, İsmayıllıdan 4, Zərdab, Ağdam, Hacıqabuldan 2. Quba, Tərtər, Qax, Zaqatala, Neftçala, Lənkəran, Ağcabədi, İmişli, Kürdəmir, Samuxdan isə 1 nəfər müvafiq yerlərə layiq görülüb. Müsabiqənin tələbə finalçıları içərisində Azərbaycan Dövlət İqtisad Universitetindən 5, Bakı Slavyan Universitetindən 3. Azərbaycan Dillər Universitetindən 2, Azərbaycan Müəllimbr İnstitutu. Gəncə Dövlət Universiteti, Ağcabədi Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Qazax Müəllimlər İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Xəzər Universitetindən isə 1 iştirakçı müvafiq yerlərə layiq görülüblər". Son günlər hicabla bağlı məsələyə də aydınlıq gətirən M.Mərdanov Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 14.10-cu maddəsində öz təsdiqini tapdığını vurğulayıb. Nazir onu da diqqətə çatdırıb ki, artıq Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı müsbət fikirlər səslənməkdədir: "Biz demirik ki, dindən imtina edirik. Hamımız müsəlmanıq, islam dininə sitayiş edirik və bütün qayda-qanunları yerinə yetiririk. Ancaq orta məktəb şagirdləri, qız və oğlanlar müəyyən olunmuş məktəbli geyimində təhsil ocağına gəlməlidirlər. Məktəbdən çıxandan sonra hər kəs istəyinə və arzusuna uyğun olaraq geyinə bilər". Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və başqaları çıxış edərək, ölkədə belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, ölkədə bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bütün bunların sayəsində də ölkədə gənclərin elmə, təhsilə marağı ilbəil artır. Tədbirin sonunda müsabiqədə qalib və finalçılara sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər