PDF Oxu

Əsas

  • 26

Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir

Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir
Azərbaycanda qeyri-neft sektoruna cəlb edilən investisiyaların həcmi ölkədə etibarlı sahibkarlıq mühitinin yaradılmasına öz töhfəsini verməkdədir. Qeyri-neft sahələrinin inkişafı diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Bununla bağlı iqtisadçı millət vəkili Vahid Əhmədov bildirdi ki, keçən müddət ərzində iqtisadiyyatla bağlı bir sıra dövlət proqlamları həyata keçirilibdir. Regionlarda qeyri-neft sektorunun inkişaf etməsi, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin azaldılması, yeni iş yerlərinin açılması, Sahibkarlığa Yardım Milli Fondu vasitəsilə kreditlərin verilməsi və s. kimi işlərin artıq həyata keçirilməsi, müsbət nəticələrini verir. Azərbaycanda artıq yol, qaz, su və enerji təşkilatı kimi məsələlər öz həllini tapıb.
Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, ölkədə aparılan düzgün iqisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı çox sürətlə gedir. Hətta, ölkəmizdə maliyyə bazarının təkmilləşdirilməsi də çox uğurlu şəkildə davam etdirilir. Bu da, ölkə əhalisinin yaşam səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
Ölkəmizdə inflyasiyanın aşağı səviyyədə olmasını vurğulayan V. Əhmədov bildirdi ki, beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan iqtisadi-siyasi islahatları çox yüksək qiymətləndirirlər.
Millət vəkili onu da qeyd etdi ki, bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçıları bütün növ vergilərdən azad olunub. Bu vəziyyət istehlakçılarının fəaliyyətini daha da stimullaşdırır.
V. Əhmədov onu da bildirdi ki, Azərbaycanın dövlət başçısının hökumət qarşısında qoyduğu məsələ əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsidir. Əgər hansısa dövlət özünü tamamilə ərzaqla təmin edirsə, o dövlət təhlükəsiz dövlətdir. Bundan əlavə, başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda kənd təsərrüfatına xüsusi diqqət mövcuddur. Fermerlərə güzəştli kreditlər verilir və onlara lazımi və yüksək şərait yaradılır. Kənd təsərrüfatına ildə ən azı 400-500 milyon vəsait qoymaq lazımdır. Dünyada ərzaq probleminin olmasını və taxıl qıtlığı yaranmasını vurğulayan millət vəkilinin sözlərinə görə, Azərbaycanda bu kimi problemlər yoxdur. Dünyada yoxsulluğun səviyyəsinin artdığı, ərzaq təhlükəsizliyinin təmin edilmədiyi bir vaxtda Azərbaycanda yüksək sosial-iqtisadi uğurlara imza atılır. Ölkəmiz gündən-günə çox sürətlə inkişaf edir.
"Daxili bazarda rəqabət qabiliyyətinin genişləndirilməsi istiqamətində dövlətin siyasətini necə qiymətləndirirsiniz" sualını cavablandıran V. Əhmədov qeyd etdi ki, daxili bazarda müəyyən istehsal məhsuluna Azərbaycan dövləti artıq çoxdan nail olubdur, xüsusilə də, ərzaq məhsullarında. Bununla yanaşı, Azərbaycanda müəyyən qədər idxal da var.
Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında qanunun qəbulu məsələsinə toxunan millət vəkili bildirdi ki, Azərbaycan bazarında cüzi miqdarda problemlər var. Lakin bu məcəllənin qəbul olunması daxili bazarda müəyyən qədər monopoliyanın qarşısını alacaq.
Millət vəkili vurğuladı ki, Azərbaycan neft ölkəsidir. Bu gün Azərbaycanda çox böyük sənaye müəssisələri tikilir. Lakin Azərbaycanda azad iqtisadi zonaların yaradılması gecikdirilir. Bu zonaların yaradılmasına çox böyük əhəmiyyət vermək lazımdır. Naxçıvanda və Qaradağ rayonunda azad iqtisadi zonalar yaratmaq çox böyük əhəmiyyət kəsb edir. Hər il Azərbaycana gələn turistlərin sayı artır. Həmçinin, xaricdə təhsil alan tələbələrimiz də dövlət tərəfindən maliyyələşdirilir.
V. Əhmədov onu da qeyd etdi ki, Azərbaycanın bütün regionlarında ən müasir tələblərə cavab verən otel kompleksləri, istirahat guşələri tikilibdir ki, bunlar da insanların istirahətini təmin edirsə, digər tərəfdən də həmin regionda yaşayan və işləyən insanların həm məşğulluğunu, həm də sosial rifahının yaxşılaşmasını təmin edir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramının icrasının nəticəsidir. Müasir tələblərə cavab verən parkların, xəstəxanaların, məktəblərin salınması, əhalinin firavan yaşaması istiqamətində cənab Prezidentimiz əvəzolunmaz işlər görüb.

Digər xəbərlər