Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
06 dekabr 2010-cu il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan Rabitəsinin 129 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, bir sıra media qurumlarının rəhbərləri, jurnalistlər və rabitə sahəsində çalışan şəxslər iştirak ediblər.f
Mərasimi giriş sözü ilə açan Rabitə və İnformasiya Texnologiyaları naziri Ə.Abbasov qədim və zəngin tarixə malik olan Azərbaycan rabitəsinin keçdiyi yoldan, əldə etdiyi nailiyyətlərdən, görülən işlərdən və gələcək inkişaf perspektivlərindən danışıb. Azərbaycanda hər bir sahə kimi rabitə sektorunun da dinamik sürətlə inkişaf etdiyini qeyd edən nazir, Azərbaycanın yaxın gələcəkdə informasiya texnologiyaları sahəsində dünyanın ən qabaqcıl ölkələri sırasında yer alacağını bildirib. Daha sonra Ə.Abbasov onları Azərbaycan Rabitəsinin yaranmasının 129 illiyi münasibətilə təbrik edib.
AR Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuat işçiləri adından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarını Azərbaycan Rabitəsinin 129 illiyi ilə əlaqədar təbrik edib.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AR Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar keçirdiyi birgə müsabiqənin qalibləri açıqlanıb. Qaliblər Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırırlıblar.