PDF Oxu

Əsas

  • 21

Azərbaycan Diplomatik Akademiyası İsgəndəriyyə kitabxanası ilə əməkdaşlıq edəcək

Azərbaycan Diplomatik Akademiyası İsgəndəriyyə kitabxanası ilə əməkdaşlıq edəcək
Ölkəmizdə səfərdə olan İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Siracəddin noyabrın 20-də rəhbərlik etdiyi qurum ilə Azərbaycan Diplomatik Akademiyası (ADA) arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Görüşdə ADA-nın rektoru Hafiz Paşayev rəhbərlik etdiyi qurumun magistrlar və müxtəlif səviyyəli dövlət məmurları üçün təhsil proqramları həyata keçirdiyini demişdir. H.Paşayev bildirmişdir ki, Akademiyanın yeni kitabxanasında ilkin olaraq yüz minədək kitab saxlanacaqdır. Müasir görünüşü və texnoloji təminatına görə isə Qafqazda ən böyük xarici dilli kitabxana olacaqdır. Kitabxanada işləyəcək mütəxəssislərin müvafiq təlim keçəcəyini və dünya kitabxanaları ilə yaxından əməkdaşlıq edəcəklərini vurğulayan rektor qeyd etmişdir ki, burada müasir texnologiyalardan istifadə olunacaqdır. İlk rəqəmsal kitabxana yaradılacaqdır. ADA-nın genişlənmə planlarından, müasir kitabxana yaratmaq niyyətlərindən məmnun olduğunu deyən İ.Siracəddin dünyada müasir kitabxanaların istifadə etdiyi texnologiyalar, məlumatların arxivləşdirilməsi, kitabxanalar nəzdində araşdırma mərkəzlərinin yaradılması haqqında fikirləri ilə bölüşmüşdür. Görüşdə İsgəndəriyyə kitabxanası ilə Azərbaycan Diplomatik Akademiyasının kitabxanası arasında əməkdaşlığa dair razılıq da əldə olunmuşdur. Qonaqlar Akademiyanın yeni kitabxanası haqqında filmə də baxmışlar.

Digər xəbərlər