PDF Oxu

Əsas

  • 22

Xalq firavan həyata səs verəcək

Xalq firavan həyata səs verəcək
Dünən Suraxanı rayon mədəniyyət evində YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Ağacan Qulam oğlu Abiyevin rayonun seçiciləri ilə növbəti görüşü keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, nüfuzlu şəxslər, ictimaiyyətin nümayəndələri iştirak edib. İlk öncə, Yeni Azərbaycan Partiyasının üzvləri olan gənc oğlan və qızlar əllərində Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının bayraqları, "Güclü dövlət, yüksək rifah" sözləri yazılmış plakatları, deputatlığa namizədin portreti və digər əyani təşviqat vasitələri ilə zala daxil oldular. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Ardınca deputatlığa namizədlə seçicilər arasında maraqlı müzakirələr, sual-cavab xarakterli diskussiyalar keçirildi ki, bu da görüşün bayram əhval-ruhiyyəsi ilə müşayiət olunmasına səbəb oldu. Bu, həm də, seçicilərin deputatlığa namizədliyi irəli sürülən Ağacan Abiyevi daha 5 il müddətinə onların Milli Məclisdə təmsilçiləri kimi görmək istəyindən irəli gəldiyini nümayiş etdirirdi. Təqribən 400-ə yaxın seçicinin iştirak etdiyi görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov parlament seçkiləri ilə bağlı ümumi məlumat verdi. Azərbaycanda növbəti parlament seçkilərinin də şəffaf və demokratik keçiriləcəyini vurğulayan V.Seyidov hüquqi-demokratik dövlət quruculuğu prosesində seçkilərin əhəmiyyətindən danışdı. Bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi ənənəsi qoyulmuşdur. 1993-cü ildən bu günə kimi Azərbaycanda keçirilən bələdiyyə, parlament və prezident seçkilərində xalqın seçimi Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji kursunun dəstəklənməsi olub. Bu, nöqteyi-nəzərdən də əminliklə demək olar ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də xalqın seçimi dəyişməyəcək. Seçicilər sosial-iqtisadi inkişafın davam etdirilməsi, demokratik proseslərin surətləndirilməsi üçün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə namizədliyi irəli sürülən şəxsləri dəstəkləyəcəklər.
Deputatlığa namizədin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildikdən sonra YAP tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Ağacan Abiyev ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə, quruculuq- abadlıq işlərinin genişlənməsinə və digər uğurların davamlılığına yeni töhfələr verə biləcək Yeni Azərbaycan Partiyasının vahid seçki platformasından danışdı. Bildirdi ki, ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əhalinin yaşayış durumunun yaxşılaşdırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətlərinin təmin edilməsi üçün müvafiq işlər görülüb.
A.Abiyev nəqliyyat, tikinti, rabitə, informasiya texnalogiyaları, turizm, emal sektoru və digər sahələrdə əldə olunan uğurlardan danışaraq, bildirdi ki, 2011-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin 33,3 faiz olması dövlətin əhalinin yaşayış durumunun yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini deməyə əsas verir.
Deputatlığa namizəd Azərbaycanın dünyanın iqtisadi mərkəzinə çevrildiyini və bu uğurlarına görə, dünyanın aparıcı dövlətlərinin ölkəmizin tələbləri ilə razılaşdıqlarını söylədi. Onu da qeyd etdi ki, Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsi ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı düşünülmüş siyasətin bəhrəsidir.
A.Abiyev seçiciləri seçici fəallağı göstərməyə və 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ən layiqli namizədə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən namizədin vəkili Yusif Babanlı seçkilərdə seçicilərin fəallığının şahidi olduqlarını bildirərək, parlament seçkilərində də yüksək fəallıq nümayiş etdirəcəklərini söylədilər.
Seçicilər adından çıxış edən Nazim Yarəliyev öz çıxışını daha çox Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar üzərində qurdu. Bildirdi ki, yalnız 2003-cü ildən bu günə qədər 900 minə qədər yeni iş yeri açılıb ki, bunun da 80 faizi bölgələrin payına düşür. Natiqin sözlərinə görə, 2003-2010-cu illər ərzində əhalinin sosial müdafiəsinə yönəlmiş büdcə xərcləri 5,6 dəfə, gəlirləri 4,2 dəfə, orta əmək haqqı isə 4 dəfə artmışdır. Yoxsulluğun həddi 49 faizdən 16 faizə enmişdir: "Sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. "Bir pəncərə" sisteminin tətbiq edilməsindən sonra, sahibkarlıq subyektlərinin sayı bir neçə dəfə artmışdır. Ölkə iqtisadiyyatına 2009-cu ildə qoyulan 9,3 milyard dollar investisiyanın 80 faizinin yerli sahibkarlığın payına düşməsi bu sahəyə göstərilən dövlət qayğısından irəli gəlir.
Görüşdə seçicilərdən Hacı Mirzağa, Hicran Şərifov, Gilas Nəzərəliyeva və başqaları çıxış edərək, deputatlığa namizəd Ağacan Abiyevi yaxşı tanıdıqlarını və 5 il öncə olduğu kimi, məntəqələrə gedərək, dəyişməz mövqelərini təkrarlayacaqlarını bildirdilər.

Digər xəbərlər