PDF Oxu

Əsas

  • 22

Yeni Azərbaycan Partiyasının seçki proqramı partiyanın ümumi proqramından irəli gələn vəzifələri müəyyən edir

Yeni Azərbaycan Partiyasının seçki proqramı partiyanın ümumi proqramından irəli gələn vəzifələri müəyyən edir
"Yeni Azərbaycan Partiyasının seçki proqramı bütövlükdə partiyanın ümumi proqramından irəli gələn vəzifələri müəyyən edir. Hər bir partiyanın seçki proqramı həmin partiyanın söykəndiyi ideoloji prinsipləri və bütövlükdə onun müəyyən etdiyi startegiyanı özündə əks etdirir". Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, partiyanın seçki proqramında dövlətimizin daha da gücləndirilməsi məsələləri öz əksini tapıb. Bundan əlavə, əhalinin rifahının yüksəlməsi də Azərbaycan iqtidarının, YAP-ın fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edir.
"Ona görə də, şüarımız "güclü dövlət, yüksək rifah" fikirlərindən ibarətdir. Ölkəmizdə həyata keçirilən abadlıq və quruculq işləri, əhalinin rifahının yaxşılaşdırılması istiqəmətində görülən tədbirlər, yoxsulluğun minimum səviyyəyə endirilməsi istiqamətində atılan addımlar, beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəlməsi və sair məsələlər buraya daxildir" deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər