PDF Oxu

Əsas

  • 22

Ölkəmizdə demokratik və azad seçki ənənəsi formalaşıb

Ölkəmizdə demokratik və azad seçki ənənəsi formalaşıb
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının bu ilin noyabr ayının 7-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işləri böyük vüsətlə davam etməkdədir. Monolit gücə malik olan YAP-ın bütün rayon və şəhər təşkilatlarında qarşıdan gələn seçkiyə hazırlıqla bağlı görülən zəruri işlər, atılmış olan prinsipial addımlar, onu deməyə əsas verir ki, böyük sosial bazaya malik olan bu siyasi təşkilat istənilən məsələyə və prosesə xüsusi önəm verir.
YAP-ın bütün rayon və şəhər təşkilatlarında olduğu kimi, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatında payızda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı önəmli işlər görülüb. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ictimaiyyətin seçki ilə bağlı bilgilərinin daha da zənginləşdiyini bildirdi. Qeyd etdi ki, böyük gücə malik olan Yeni Azərbaycan Partiyası, hər bir seçkidə olduğu kimi, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də özünün layiqli qələbəsini təmin etmiş olacaq. "Bunun üçün ölkəmizin ictimai-siyasi həyatında mühüm rola malik olan YAP-ın fəaliyyətinə qiymət vermək kifayətdir" deyən M.Abasquliyeva Sabunçu rayonunda da seçki hazırlıqlarının ciddi şəkildə həyata keçirildiyini vurğuladı.
"Səs" qəzeti olaraq, seçki hazırlıqları ilə bağlı müxtəlif bölgələrdə apardığımız müşahidələr və vətəndaşlar arasında keçirdiyimiz sorğular, onu deməyə əsas verir ki, ölkə ictimaiyyəti qarşıdan gələn parlament seçkilərinə böyük diqqət və maraq göstərir. Redaksiyamıza daxil olan vətəndaş müraciətləri və telefon zənglərini nəzərə alaraq, Sabunçu, Nizami və Qaradağ rayonu ərazisində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarından hazırladığımız reportajlardan da aydın görünür ki, ictimaiyyət öz taleyinə biganə qalmayaraq, dövlətimiz və xalqımız üçün önəmli proseslərə xüsusi diqqətlə yanaşır. Sabunçu rayonu ərazisində fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında olduğumuz müddətdə də insanlar axın-axın seçki məntəqələrinə gələrək, onları maraqlandıran suallar ətrafında müzakirələr qururlar. Artıq seçkiyə məlum vaxtın qalmasına baxmayaraq, Sabunçu rayonunda fəaliyyət göstərən bütün dairə və məntəqə seçki komissiyalarında zəruri olan işlər, demək olar ki, tam şəkildə yerinə yetirilir.
26 saylı Sabunçu I seçki dairəsinin 15 saylı seçki məntəqəsində də analoji vəziyyəti müşahidə etmək mümkün idi. Məntəqə sədri Əminə Hüseynova bizimlə söhbətində seçki ilə bağlı qarşıya çıxa biləcək bütün məsələlərin yerinə yetirildiyini bildirdi. Qeyd etdi ki, 15 saylı seçki məntəqəsində 1443 nəfər seçici qeydiyyatdadır. "Bu hal seçicilərin seçki günü tam sərbəst və demokratik şəkildə məntəqəyə gələrək səs verməsində başlıca amil kimi qiymətləndirilir" deyən Ə.Hüseynova məntəqənin seçkiyə hazırlıqla bağlı texniki avadanlıqlarla, zəruri inventarlarla və bir sıra tələb olunan vasitələrlə tam təmin edildiyini vurğuladı.
Sabunçu 26 saylı I seçki dairəsinin 16 saylı seçki məntəqəsində də seçki hazırlıqları tələb olunan qaydada idi. Məntəqə sədri Valeh Ağakişiyev 1468 nəfər seçicinin burada qeydiyyatda olduğunu və bu siyahının, mütəmadi olaraq, dəqiqləşdirildiyini bildirdi. Qeyd etdi ki, 16 saylı seçki məntəqəsində noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq, 13 nəfər gənc ilk dəfə səsvermədə iştirak edəcək. Bundan əlavə, yaşı 80-dən yuxarı olan 18 nəfərin də bu məntəqədə səs verəcəyini bildirən V.Ağakişiyev prosesə hazırlıqla bağlı qarşıya qoyulan məsələlərin tam şəkildə yerinə yetirildiyini dilə gətirdi.
Digər seçki hazırlıqlarının yüksək səviyyədə getdiyi ünvan isə Sabunçu rayonu 26 saylı I seçki dairəsinin 26 saylı seçki məntəqəsi idi. Məntəqə sədri Xumar Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, texniki avadanlıqlar və zəruri inventarlarla təminat baxımından heç bir problem mövcud deyil. Burada qeydiyyatda olan 1498 nəfər seçicinin noyabrın 7-də keçiriləcək parlament seçkilərində yekdil şəkildə iştirak edəcəyinə əminliyini ifadə edən X.Məmmədova prosesə hazırlıqla bağlı bir sıra mühüm işlərin davam etdirildiyini də diqqətə çatdırdı. Bildirdi ki, 26 saylı məntəqədə 18 nəfər gənc və yaşı 80-dən yuxarı olan 34 nəfər seçici də noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Sabunçu 26 saylı I seçki dairəsinin 29 saylı seçki məntəqəsinin sədri İlahə Axundova da bizimlə söhbətində noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlığın ciddi şəkildə davam etdirildiyini bildirdi. Qeyd etdi ki, 1465 nəfər seçicinint qeydiyyatda olduğu 29 saylı seçki məntəqəsində seçici siyahıları seçki gününə qədər tam dəqiqləşdirilir. "6 nəfərdən ibarət məntəqə üzvləri tərəfindən burada qeydiyyatda olan seçicilər, mütəmadi olaraq, məlumatlandırılır" deyən İ.Axundova, eyni zamanda, növbətçilik sistemi vasitəsilə günün istənilən vaxtında daxil olan müraciətlərin araşdırıldığını söylədi.
26 saylı Sabunçu I seçki dairəsinin 28 saylı seçki məntəqəsinin sədri Elmira Qiyasova noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar bütün zəruri məlumat lövhələrinin müvafiq ünvanlarda asıldığını bildirdi. Qeyd etdi ki, 28 saylı seçki məntəqəsində 1461 nəfər seçici qeydiyyatdadır ki, onlardan da 15 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. Bununla yanaşı, yaşı 80-dən yuxarı olan 30 nəfər seçicinin də bu məntəqədə səsvermə prosesində iştirak edəcəyini söyləyən E.Qiyasova seçici siyahılarının və digər müraciətlərin araşdırılaraq, həll edildiyini bildirdi.
Sabunçu rayonu 26 saylı I seçki dairəsinin 23 saylı seçki məntəqəsində seçki hazırlıqları ilə bağlı zəruri işlərin görüldüyünü müşahidə etmək mümkün idi. Məntəqə sədri Səmayə Bünyatova 1478 nəfər seçicinin burada qeydiyyatda olduğunu və onlardan 25 nəfər gəncin ilk dəfə səsvermə prosesinə qatılacağını bildirdi. Həmçinin, 8 nəfər yaşı 80-dən yuxarı olan və bu məntəqədə seçici siyahısında adı keçən şəxslərin də noyabrın 7-də keçiriləcək parlament seçkilərində səs verə biləcəyini vurğulayan S.Bünyatova texniki inventarlar və digər zəruri avadanlıqlar sarıdan da problemin olmadığını bildirdi.
Bu ilin noyabrın 7-də keçiriləcək parlament seçkilərinin ən yüksək səviyyədə təmin edilməsinə şərait yaradan seçki məntəqələrindən biri də Sabunçu 27 saylı II seçki dairəsinin 4 saylı seçki məntəqəsidir. Məntəqə sədri Xədicə Eminova bizimlə söhbətində 1498 nəfər seçicinin burada qeydiyyatda olduğunu və 54 nəfər gəncin, ilk dəfə olaraq, səsvermə prosesinə qatılacağını bildirdi. X.Eminova onu da əlavə etdi ki, bu məntəqədə həyata keçirilən bütün proseslər vebkamera vasitəsilə MSK tərəfindən yaxından izlənilir. Məntəqə sədri 10 nəfər yaşı 80-dən yuxarı olan seçicinin də noyabrın 7-də keçiriləcək parlament seçkilərində səsvermə prosesinə qatılacağını bildirdi. O bildirdi ki, 4 saylı seçki məntəqəsi texniki avadanlıqlarla və inventarlarla, eyni zamanda, şəffaf seçki qutuları ilə tam təmin edilib.
27 saylı Sabunçu II seçki dairəsinin 25 saylı seçki məntəqəsində də seçkiyə hazırlıq işləri tam şəffaf formada həyata keçirilirdi. Məntəqədə tərtib edilmiş seçici siyahıları və yaradılmış şəraitə əsasən, burada vətəndaşların normal qaydada səs verəcəyini söyləmək olar. 25 saylı seçki məntəqəsinin sədri Səyyarə İbrahimova da bizimlə söhbətində bu məntəqədə 1489 nəfər seçicinin qeydiyyatda olduğunu və onlardan 27 nəfər gəncin, ilk dəfə olaraq, parlament seçiklərində iştirak edəcəyini bildirdi. Məntəqənin hər bir zəruri avadanlıqlarla təmin edildiyini söyləyən S.İbrahimova daxil olan müraciətlərin araşdırılaraq, vacib qərarların da verildiyini qeyd etdi.

Digər xəbərlər