PDF Oxu

Əsas

  • 15

“Nalbandyanın bəyanatı cəfəngiyyatdır"

“Nalbandyanın bəyanatı cəfəngiyyatdır"
Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov ANS telekanalına açıqlamasında bildirib ki, Yerevan bu cür bəyanatlarla dünya ictimaiyyətini aldada bilməz.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bostonda Fletçer hüquq və diplomatiya məktəbində çıxışı zamanı deyib ki, Azərbaycan Madrid prinsiplərini müəyyən qeyd-şərtlərlə qəbul etməklə faktiki olaraq onları qəbul etmir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri 2007-ci ilin noyabrında münaqişə tərəflərinə Madrid prinsiplərini təqdim ediblər və onlar rəsmi təklif kimi ATƏT katibliyinə verilib: "Bundan sonra həmin sənəd əsasında 20-dən çox işgüzar təklif irəli sürüldü. Son aylardakı intensiv danışıqlar nəticəsində bu ilin iyununda Sankt-Peterburqda tərəflərə Madrid təkliflərinin son variantı təqdim edildi. 2007-ci ildə olduğu kimi, biz bu dəfə də bəyan etdik ki, bu variantı danışıqlar üçün əsas kimi qəbul edirik".
"Bu, çox cəfəng fikirdir. Edvard Nalbandyan Ermənistanın xarici işlər naziri olsa da, dünya ictimaiyyətini aldatmaq mümkün deyil. Ermənistan tərəfi ortaya elə iddialar qoyur ki, onlarla heç kim razılaşa bilməz. Bu, 2-3-cü variant nə deməkdir? İki ildir aparılan danışıqlarda nəticələr ətrafında razılıq olmalı idi. Bununla razı olmayıb ortaya tamam başqa təklfilər qoyurlar. Bildiyiniz kimi, 2009-cu ildə Soçidə bir başqa təklf irəli sürdülər. Bunlarla razılaşmaq olmaz. Ermənistanın xarici işlər naziri belə cəfəng bəyanatlarla dünya ictimaiyyətini aldada bilməz", - deyə Novruz Məmmədov bildirib.

Digər xəbərlər