PDF Oxu

Əsas

  • 11

"EcoVision"jurnalının növbəti sayı işıq üzü görüb

"EcoVision"jurnalının növbəti sayı işıq üzü görüb
Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) milli biznesin inkişafına dəstək vermək, iş adamlarının ən zəruri informasiya ilə təmin etmək məqsədilə təsis etdiyi "EcoVision"jurnalının növbəti sayı (http://atib.az/domains/atib/assets/file/Ecovisiyon-4 web.pdf) işıq üzü görüb. Bu barədə SİA-ya ATİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Jurnalın bu sayı ötən 3 ay ərzində bir-birinə qardaş olan ölkələrimizin ikitərəfli əlaqələrə, həmçinin ölkəmizdə və regionda gedən proseslərə həsr olunub. Həmçinin bu dəfəki sayın əsas fokus mövzusu iqtisadi inkişaf üçün onurğa sütunu sayılan kiçik və orta sahibkarlıqdır. Bununla bağlı ATİB-in tədqiqatlar şöbəsinin və Türkiyənin öndə gələn iş adamları dərnəklərindən olan Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) ekspertlərinin hazırladığı təhlil yazıları diqqəti cəlb edir. Bu sayda eyni zamanda ATİB idarə heyəti sədrinin müavini Ali İhsan Gənclə müsahibə, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Mandelin jurnalımıza verdiyi eksklüziv müsahibə də xüsusi yer alıb. Bundan başqa, vençur kapitalı və antiböhran tədbiri kimi milli valyutanın tənzimlənməsi barədə analitik məqalələr oxucuların diqqətinə çatdırılır. İkitərəfli əlaqələr baxımından bu dövrdə ən mühüm hadisə çoxdan gözlənilən qaz sazişlərinin imzalanması olub. Bu baxımdan jurnalın bu sayında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla eksklüziv müsahibələr təqdim edilir. "EcoVision" jurnalının bu sayında həmişə olduğu kimi, ölkədə, regionda,dünyada baş verən hadisələr, həmçinin ATİB-in fəaliyyəti barədə xəbərlər verilib. Bundan əlavə jurnalda Azərbaycanda qanunvericiliklə bağlı ən son yeniliklər, ATİB-ə daxil olan biznes təklifləri və önümüzdəki dövrdə ölkəmizdə və regionda planlaşdırılan tədbirlər barədə məlumat diqqətə çatdırılır. Azərbaycanda nəşr edilən maraqlı kitablardan bəziləri barəsində isə qısa resenziyalar təqdim edilir. Eyni zamanda Azərbaycanın son 10 ildə keçdiyi iqtisadi yolun göstəriciləri yığcam şəkildə oxucuların diqqətinə çatdırılır. Qeyd edək ki, rüblük olaraq buraxılan jurnalın tirajı 3 min nüsxədir. Jurnal dövlət təşkilatları, hökumət orqanları, QHT-lər, şirkətlər, ali təhsil müəssisələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və özəl şirkətlərə pulsuz yayılır.

Digər xəbərlər