PDF Oxu

Əsas

  • 14

Heydər Əliyev fondunun dəstəyi ilə 120 uşaq şüvəlanda istirahət edəcək

Heydər Əliyev fondunun dəstəyi ilə 120 uşaq şüvəlanda istirahət edəcək
Nizami rayonundakı 1nömrəli uşaq evinin sakinləri artıq beş ildir ki, yay istirahətlərini Şüvəlandakı istirahət düşərgələrində keçirirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə burada onların mükəmməl və sağlam istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu yaşıl guşədə dincəlmək üçün hər il 3 yaşından 18 yaşınadək 120 uşaq Şüvəlan qəsəbəsinə üz tutur. Burada uşaqların rahatlığının təmin edilməsi üçün yataq korpusu da inşa edilmişdir. Düşərgədə müxtəlif oyuncaqlarla oynamaq balacaların sevincinə səbəb olur. Bundan əlavə, düşərgədə uşaqların daha çox sevdiyi bir məkan - hovuz da vardır.
Heydər Əliyev Fondu uşaqların istirahətinin mənalı keçməsi və gəzintilərinin təşkili üçün uşaq evinə iritutumlu avtobus da hədiyyə etmişdir. Bu avtobusla uşaqlar gündə iki dəfə dəniz kənarına səyahət edirlər. Yeniliklər bununla bitmir. Heydər Əliyev Fondu bu il uşaqlara ev kinoteatrı da hədiyyə etmişdir. Düşərgədə həftəsonu musiqili-əyləncəli gecələr və viktorinalar təşkil olunur.
Uşaqların vaxtında normal qidalanması da diqqət mərkəzindədir. Bunun üçün düşərgədə yemək korpusu fəaliyyət göstərir. Bir sözlə burada istirahət edən hər kəs yaradılan şəraitdən razıdır. Onu da deyək ki, hazırda uşaq evinin sakinləri payızda Sankt- Peterburqda keçiriləcək beynəlxalq uşaq festivalına hazırlaşırlar.

Digər xəbərlər