PDF Oxu

Əsas

  • 9

Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı keçirildi

Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı keçirildi
Dünən "Hyatt Regencu" otelinin "Quba" zalında ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb. Konfransda 47 ölkənin ombudsmanları və əməkdaşlarının 200-dən artıq nümayəndəsi iştirak edib.
YUNESKO-nun  dəstəyi, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri ilə əməkdaşlıqda keçirilən "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri" mövzusuna həsr edilmiş ombudsmanların növbəti Bakı Beynəlxalq Konfransında Kanada, Tayland, Sloveniya, Rusiya Federasiyası, Ukrayna və Moldovanın ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin, insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər iştirak ediblər. Beynəlxalq tədbirə, həmçinin, Milli Məclisin deputatları, dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin nümayəndələri və KİV təmsilçiləri qatılıblar.
Konfransın açılış mərasimində ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, YUNESKO-nun Moskva Bürosunun sosial və humanitar elmlər üzrə mütəxəssisi Alla Ampar çıxış edərək, beynəlxalq tədbirin məqsəd və məramını açıqlamışlar.
"Ətraf mühit və insan hüquqları: əsas beynəlxalq-hüquqi aktlar və milli qanunvericilik" və "Ətraf mühit və insan hüquqlarının səmərəli təmini problemi" mövzularına həsr edilmiş birinci və ikinci plenar iclaslarda müvafiq məruzələr dinlənilmiş, həmkarlar fikir və təcrübə mübadiləsi aparmışlar.
Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı iyunun 18-də öz işini sona çatdıracaq.

Digər xəbərlər