PDF Oxu

Əsas

  • 14

"Şəhid ailələrinə diqqət və qayğı"

"Şəhid ailələrinə diqqət və qayğı"
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi (ŞAYHMİB) "Şəhid ailələrinə diqqət və qayğı" layihəsi çərçivəsində görülən işlər və bu layihə çərçivəsində işıq üzü görmüş "Şəhid ailələrinə verilmiş imtiyazlar" adlı kitabın təqdimatını keçirib.
Tədbirdə çıxış edən ŞAYHMİB-in sədri Rövşən Ağamalıyev bildirdi ki, şəhid ailələrinin bütün problemlərini cənab Prezident İlham Əliyev yüksək səviyyədə həll edir və daima öz diqqət və qayğısını göstərir. Bu diqqət və qayğıdan hər birimiz çox məmnunuq. R.Ağamalıyev "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir də dövlətin göstərdiyi diqqət və qayğının bir nümunəsi olduğunu söylədi. BƏDF-in sədri Sərraf Oruc, layihə çərçivəsində işıq üzü görən "Şəhid ailələrinə verilmiş imtiyazlar" kitabı haqqında fikirlərini bildirdi. ŞAMMDİB-in sədri Nəzakət Həsənova isə şəhid ailələrinə diqqət və qayğı layihənin əsas məqsədinin respublikada veteran və şəhid ailələri ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə birlikdə aidiyyəti təşkilatlarla əməkdaşlıq edərək şəhid ailələrinə diqqət və qayğını daha da gücləndirilməsi olduğunu bildirdi.
QƏVC-in sədri Növrəstə Yusifova deyilən fikirlərlə şərik olduğunu və onların da hər zaman ölkə başçısının diqqət və qayğısını hiss etdiklərini söylədi.
Sonda təşkilatçılar jurnalistlərin həm layihə ilə və həm də kitabla bağlı suallarını cavablandırdılar.

Digər xəbərlər