Ümumtəhsil məktəblərində son zəng çalındı
Dünən Azərbaycan məktəblərində on bir illik məktəb həyatının son zəngi çalındı. Zamanın axarında on bir ili başa vuran məktəblilər son zəngi dinlədilər. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirələşən bir anı idi. Azərbaycan ümumtəhsil məktəblərində hər bir məktəblinin keçirdiyi günlər və çalınan son zəng əbədi olaraq yaddaşlarda qalacaq. Bu gündən etibarən müstəqil Azərbaycanın neçə-neçə gənci müstəqil vətəndaş olaraq həyata qədəm qoyurlar. 11-cilər məktəb həyatında çalınan sonuncu zəng vida zəngi oldu. Məktəb həyatı ilə sıx bağlı olan, qaynar ömrə vida söyləyən məktəblilər, bu gün məzun kimi sevinc içərisində yaşayırlar. On bir il bundan əvvəl, ilk dəfə olaraq, əllərinə çanta alıb məktəbə yollanan, yazmağı-oxumağı öyrənən balacalar on bir illik məsafədən sonra bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə aldılar. Bu vəsiqə cəmiyyətə məsuliyyətlə addımlayacaq gənclərin yaşanacaq bir ömür yolundakı məqsəd və düşüncəsini reallaşdıra biləcək bir sənəddir. Həyatın ağrı-acısının nə olduğunu bilməyən bu gənclər respublikanın gələcək qurucuları kimi ilk addımlarını atacaq, müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklər. Dövlətin idarə olunmasında onların xidmətləri xüsusi olacaq, amma bu gün çalınan zəngin təəssüratlarını heç zaman yaddan çıxarmayacaqlar. Həmin gün müəllimlərin onlara etdiyi tövsiyələri ömürləri boyu xatırlayacaqlar. Azərbaycanın bir çox bölgələrində yerləşən orta məktəblərdə çalınan zənglər, nəinki məzunlar üçün, eləcə də, onları boya-başa çatdıran valideynləri üçün böyük bir bayram sevincidir. Bu zəngin tarixi dövründə neçə-neçə məzunlar həyata vəsiqə alıb, ömrün qalan hissəsini vətənə xidmətə həsr etmişdilər. Dünən çalınan zəng 90-cı dəfə Azərbaycanda səsləndi. Ömrünün 11 ilini orta təhsil müəssisəsinin sevinc və qayğıları ilə yaşayan məktəblilər artıq geridə qoyduqları bu illərlə, özlərinin ikinci evləri ilə vidalaşmalı oldular. Hələ sovet məkanında yaşadığımız zaman məsafəsində məktəblilər bu anları yaşamışlar. USon zəngF Sovet İttifaqı sistemi qurularkən yaranıb. Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra dünyəvi məktəblər açılmışdı. Tədris ilinin sona yetməsini müəyyənləşdirən 25 may tarixi məktəblərdə çalınan son zəng oldu. Bu təhsil ilinin sona yetməsini müəyyənləşdirən bir göstəricidir. Bundan sonra may ayının 25-i sonuncu dərs günü kimi qəbul olundu və həmin gün yığıncaq, toplantı keçirdilər. Bu ənənə bu günümüzə qədər gəlib çıxdı. USon zəngFi əksər MDB ölkələrinin məzunları qeyd edir. Ancaq bizdən fərqli olaraq, onlarda bu gün fərqli şəkildə "Vida", "Əlvida", "Məzun günü", "Sonuncu gün" və s. adlanır. "Son zəng" adı Azərbaycanda, Türkiyədə və Rusiyada işlənir.
2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərini 104a037, paytaxtın orta məktəblərini isə 23 minə yaxın şagird bitirir. Müstəqil Azərbaycanın müstəqil vətəndaşları vətənin keşiyinidə dayanacaqlar. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc harada çalışmağından asılı olmayaraq dövlətimizə, dövlətçiliyimizin qorunmasına, milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır. Azərbaycanın gələcəyi üçün layiqli övladlar yetişir. Müasir dövrümüzdə dövlət tərəfindən məktəblilərə göstərilən diqqət və qayğı onların təhsilin yüksəlməsinə, yüksək səviyyədə təhsil almasına müsbət təsirini göstəririr. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblər əsaslı şəkildə təmir olunmuş, məktəblilərin təhsil alması üçün burada lazımi şərait yaradılmışdır. Müasir təhsil bazasına yiyələnən məktəblilərə yeni texnologiya əsasında dərslər keçirilir. Məktəblərdə otaqlara kompüterlər quraşdırılmışdır. Dərsin keyfiyyətini artırmaq baxımından bütün dərslər, məhz yeni texnologiya ilə tədris olunur. Mehriban xanım Əliyevanın dəstəyi ilə yeni tipli məktəblər tikilmiş, müasir avadanlıqla təmin edilmişdir. Heydər Əliyev Fondu tərəfindən hər il ölkənin bütün birinci sinif şagirdlərinə ilk təhsil günündə töhfə verilir. "Təhsilə dəstək" layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və dərs ləvazimatının paylanması Heydər Əliyev Fondunun artıq ənənəsinə çevrilmişdir. Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdəki fəaliyyətinin coğrafiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Burada fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti diqqəti cəlb edir. Hətta bir sıra xarici ölkələrdə, Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə dövlətin diqqət və məhəbbətindən kənarda qalmırlar. Hər bir azərbaycanlının təhsili, elmi biliklərə yiyələnərək həyata vəsiqə alması Azərbaycanın gələcək həyatının möhkəm təməli, inkişafının daha da sürətlənməsi deməkdir. Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də, fondun diqqətindən kənarda qalmamış, məktəbə kompyüter dəsti və dərs vəsaiti göndərilmişdir. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi olan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi də uğurla davam edir. Fondun təşəbbüsü ilə ölkə ərazisində yeni məktəb binaları inşa olunmaqla layihə çərçivəsində tikilən məktəblərin sayı 240-a qədər çatdırılmışdır. Dövlət tərəfindən belə bir qayğı günü-gündən artmaqdadır. Bəli, məktəblilərimiz belə bir məkanda, daim inkişafda olan Azərbaycanda təhsil alır, elmi biliklərə yiyələnirlər. Yeni üsulla tədrisin qurulması gələcək nəslin peşəkarlıq səviyyəsini artıracaq. Dövrün-zamanın tələbinə uyğun olaraq məktəblərdə şagird parlamentləri yaradılmışdır. Məktəb şagird parlamentləri Azərbaycan Yazıçılar Birliyi, Elmlər Akademiyasının görkəmli nümayəndələri, ictimai xadimlərlə görüşlər təşkil edir, dəyirmi masalar keçirirlər. Hər zaman Azərbaycanın mədəniyyəti, tarixi, dili ilə bağlı maraqlı diskussiyaların aparılması şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olur. Bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalıdırlar. Respublikada həyat səviyyəsinin daha da yüksəldilməsi üçün gənclərin bütün qüvvələrindən istifadə etməsi vacibdir. Qarabağın azad olunması, Qafqaz ölkələri sırasında Azərbaycanın sülhsevər bir dövlət kimi hər zaman seçilməsi məhz bugünkü məzunlardan asılıdır. Bugünün məzunu mətin, iradəli, intelletual səviyyəli gənclərdir. Onları həyata, cəmiyyətə hazırlayan güclü dövlətimiz, sağlam düşüncəli ziyalılarımız var.
Bu gün çalınan zəng həyata çağırış zəngidir. Yolunuz uğurlu olsun, məzunlar, deyirik.