PDF Oxu

Əsas

  • 18

ATƏT-in Bakı Ofisinin rəhbəri Prezident Administrasiyasının rəhbəri ilə görüşüb

ATƏT-in Bakı Ofisinin rəhbəri Prezident Administrasiyasının rəhbəri ilə görüşüb
Dünən ATƏT-in Bakı Ofisinin rəhbəri Bilge Cankorel, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb. ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı ATƏT-in Bakı Ofisinin fəaliyyəti və qarşıdan gələn parlament seçkiləri əsas müzakirə mövzuları olub. Qeyd edək ki, görüşdə həmçinin Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.

Digər xəbərlər