PDF Oxu

Əsas

  • 14

Siyavuş Novruzov: “ABŞ Ermənistan rəhbərliyini ABŞ-a çağırıb Türkiyəyə təzyiq etməklə Qarabağ məsələsində güzəştə nail olmaq istəyir"

Siyavuş Novruzov: “ABŞ Ermənistan rəhbərliyini ABŞ-a çağırıb Türkiyəyə təzyiq etməklə Qarabağ məsələsində güzəştə nail olmaq istəyir"
Bəzi dövlətlər Azərbaycana qarşı qərəzli yanaşır. İşğalçı dövlətin mənafeyini müdafiə edirlər. Bu sözlər millət vəkili Siyavuş Novruzov Milli Məclisin dünənki iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.
O, bildirib ki, ayrı-ayrı qüvvələrə xidmət edənlər məhz işğalçı dövlətə yardımçı olurlar. Onun sözlərinə görə, ABŞ BMT-də Azərbaycanın mövqeyini müdafiə etmədi: "ABŞ Ermənistan rəhbərliyini ABŞ-a çağırıb Türkiyəyə təzyiq etməklə Qarabağ məsələsində güzəştə nail olmaq istəyir. Belə məqamda onların sifarişlərini yerinə yetirən qüvvələr Azərbaycanda aksiya keçirmək istəyirlər. Bu da dəyirmana su tökmək deməkdir. Onları dövlətin mənafeyini müdafiə etməyə çağırıram".
Daha sonra çıxış edən YAP-ın sədr müavini, millət vəkili Əli Əhmədov Minsk qrupunun əks mövqe ortaya qoyduğunu dilə gətirib: "ABŞ tərəfindən elə münasibətlər ortaya qoyulur ki, bu da Azərbaycan-ABŞ münasibətlərinin xarakterinə uyğun gəlmir. Onlar vasitəçilik missiyasını yerinə yetirirlər. Azərbaycan vətəndaşları narazılıq ifadə edən müraciət qəbul edə bilərlər. Ümumiyyətlə, bütün təbəqələr də bu məsələdə öz töhfəsini verməlidir".

Digər xəbərlər