PDF Oxu

Əsas

  • 19

İsveç qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub

İsveç qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyindən verilən məlumata görə, ölkənin həftəlik "Kalmar Lans Tidning" qəzetinin sonuncu buraxılışında səfir Rafael İbrahimovun Kalmar şəhərinin Linne Universitetinin Ali İqtisadi Məktəbində çıxışına həsr edilmiş məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, tədbirdə R.İbrahimov Azərbaycanın tarixi və hazırkı siyasəti ilə bağlı ətraflı məlumat vermişdir. Ölkəmizin iqtisadi inkişafı geniş işıqlandırılmış, beynəlxalq əməkdaşlıq və enerji dəhlizləri kontekstində Azərbaycanın çox vacib geosiyasi rolu xüsusi vurğulanmışdır. Regionun iqtisadi inkişafında Azərbaycanın aparıcı rolu diqqətə çatdırılmış, iqtisadiyyatımızın qeyri-neft sektoru ilə bağlı gələcək prioritetləri vurğulanmışdır.
Respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində görülən işlərdən danışan səfir bu sahədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rolunu nəzərə çarpdırmışdır.
Qeyd edək ki, 1827-ci ildən nəşr olunan "Kalmar Lans Tidning" qəzeti elektron formatda da fəaliyyət göstərir.

Digər xəbərlər