PDF Oxu

Əsas

  • 15

Konqres ABŞ hökumətinin maraqlarına uyğun hərəkət etməyib

Konqres ABŞ hökumətinin maraqlarına uyğun hərəkət etməyib

Türk dünyasının beynəlxalq aləmdə artan nüfuzu əksər ölkələri ciddi narahat edir. Ona görə də, bu və ya digər formadan türkdilli xalqlara, xüsusilə də, Türkiyə və Azərbaycana qarşı qərəzli siyasət xətti tuturlar. Bəzən bu siyasəti əlaltıları olan dövlətlər vasitəsilə həyata keçirməyə çalışırlar. Belə əlaltı rolunda çıxış edən dövlətlərdən biri də Ermənistandır. Bu üzdəniraq dövlət 1915-ci ildə baş vermiş olayı özünün faciəsi kimi qələmə verərək, himayədar kimi baxdıqları dövlətlərdən bu məsələdə onlara dəstək vermələrini xahiş edirlər. Təbii ki, Türkiyəyə qarşı qərəzli mövqedə dayanan bəzi dövlətlər də ermənilərin iddialarına seyrçi qalmırlar. Bəzən parlamentlərində qondarma erməni soyqırımını müzakirə edərək, Yerevanın istəyinə uyğun qərarın qəbul edilməsini həyata keçirilər. Halbuki 1915-ci ildə baş verən olayı siyasətçilər deyil, tarixçilər araşıdırıb, müvafiq qərar verməlidirlər. Ancaq Türkiyə hökumətinin tarixçilərdən ibarət komissiyanın yaradılmasını və 1915-ci il hadisələrinin birgə araşdırılmasını Ermənistana təklif etsə də, Yerevan bu təklifi qəbul etmək istəməyib. Daha doğrusu, Türkiyəyə təzyiq göstərilməsində maraqlı olan dövlətlər Ermənistanı müstəqil qərar verməkdən çəkindirirlər. Belə maraqlı dövlətlərdən biri də ABŞ-dır. Bu dövlətin 27 ştatı hər il aprelin 24-nü "erməni soyqırımı" kimi qeyd edir. Martın 4-də isə, ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komitəsi qondarma erməni soyqırımının tanınması ilə bağlı qərar qəbul etdilər. Təbii ki, ABŞ hökuməti Konqresin Beynəlxalq Əlaqələr Komitəsinin düşünülməmiş qərarına görə, əziyyət çəkməli olacaq. Söhbət etdiyimiz siyasi partiya yetkililərinin dediyinə görə, qərar Türkiyə-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxaracaq.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə:

- Türkiyə-ABŞ münasibətlərində müəyyən soyumalar olacaq. Amma yaddan çıxartmaq lazım deyil ki, SSRİ kimi nəhəng bir dövlətin süqutu Türkiyənin NATO üçün əhəmiyyətli tərəfdar olmasına son qoydu. Çünki nə qədər ki, soyuq müharibə gedirdi, SSRİ var idi, NATO üçün Türkiyənin geosiyasi mövqeyi misilsiz idi. Bu mane aradan götürüldükdən sonra Türkiyə öz nüfuzunu NATO-da da, dünyada da itirdi. Türkiyə Avropa Birliyinə can atır və çox istəyir ki, ABŞ bu məsələdə ona yardımçı olsun. Lakin ABŞ əvəzində məsələ qoyurlar ki, Türkiyə ilə Ermənistan münasibətləri yaxşılaşmalıdır. Türkiyə hökuməti buna getməyə hazırdır. Lakin bu tərəfdən Azərbaycan kimi Türkiyəni dolandıran dövləti itirmək fikrində deyil. Türkiyənin çox ağır iqtisadi durumu var. 180 milyard ABŞ dolları xarici borcu var. Bu soyqırımı tanınandan sonra Ermənistan ikinci addımı atacaq və Türkiyədən 200 milyard dollar maddi təzminat istəyəcək. Bu da, o deməkdir ki, Türkiyə öz müstəqilliyini itirir və bu da adıçəkilən dövlətin xaricdən idarə olunmasına gətirib çıxaracaq.
Azərbaycan da burada öz maraqlarını güdməlidir. Onu da nəzərdən qaçırmamalıyıq ki, Türkiyə Ermənistanla danışıqlar aparanda, protokol imzalayanda, heç də Azərbaycanı düşünməmişdi və onunla məsləhətləşməmişdi. Türkiyə son anda Prezident İlham Əliyevin qətiyyətli addımlarından qorxub geri çəkildi və Qarabağın adını çəkməyə başladı. Türkiyənin indiki iqtidarı, demək olar ki, Türkiyə ictimaiyyətinin, xalqının iradəsinin əleyhinə addımlar atdı və ölkəni tələyə saldı.
"Yurddaş" partiyasının sədri Mais Səfərli:

- Bu ABŞ tərəfindən təəssüf doğuracaq hadisədir. Çünki Avropada ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri Türkiyədir. Bu dövlət əvəzolunmaz müttəfiqdir və eləcə də, Yaxın və orta Şərqdə çox nüfuzlu dövlətdir. Ona görə də, belə bir dövlətlə ABŞ-ın münasibətlərinin korlanması ABŞ-ın özü üçün zərəlidir. Bu qərara səc verən konqresmenlər ABŞ-ın maraqlarına uyğun hərəkət etməyib. Onlar bir ovuc erməni diasporunun maraqlarına xidmət ediblər. Aydın məsələdir ki, ermənilər onlara nəyin müqabilində qəbul etdirib. Ona görə də, hesab edirəm ki, bu, ABŞ-a xeyir gətirməyəcək. Türkiyə-ABŞ münasibətlərinin korlanması, bütövlükdə, dünyanın geosiyasi mənzərəsinə təsir edəcək hadisədir. Düşünürəm ki, Türkiyə bundan uduzmayacaq. Türkiyə tarixən çətinliklərə sinə gəlməyi bacaran, tarixin sınaqlarından mətanətlə, uğurla çıxan dövlət olub. ABŞ-ın 200 yüz illik tarixi varsa, Türkiyənin dövlətçilik tarixi min illərə gedib çıxır. Ona görə də, dövlətçilik tarixi qədim olan bir dövlətə belə qərarların qəbul edilməsi heç bir təsir göstərməyəcək.

Digər xəbərlər