ABŞ Dövlət Departamentinin hesabatında Rusiyadan sonra Azərbaycanı qərəzli və düşünülmüş şəkildə narkotik ticarətində və istifadəsində ön sıralara çıxarması məkrli niyyətinin tərkib hissəsidir. Azərbaycan islam və Şərq ölkəsi kimi, həmişə mental dəyərlərə, mənəvi keyfiyyətlərə böyük önəm verir. Ölkəmizdə aparılan düzgün siyasət kursu cəmiyyətin demokratik dəyərlər müstəvisində inkişafı dünya ictimaiyyətinin gözü önündədir.
Xalqımız tarixi köklərinə möhkəm bağlılığı olmaqla, özünün milli xüsusiyyətlərini də həmişə yüksək səviyyədə saxlayıb. Amma çox təəssüflər olsun ki, xarici qüvvələr və məkrli dövlətlər Azərbaycanın mövcud iqtisadi inkişafını, dövlətimizin artan qüdrətinə qarşı biganə qala bilmir. Son zamanlar bəzi bədnam təşkilat və dövlətlər Azərbaycanın dünyada baş verən iqtisadi-siyasi böhranlardan əziyyət çəkməməsinə göz yuma bilmirlər. Elə bu məqsədlə də, bir çox dövlətlər ölkəmizə qarşı çirkin niyyətlərini bu və ya digər formalarda büruzə verirlər. Bu yaxınlarda ABŞ dövlət departamentinin hesabatında Azərbaycanı narkotik ticarəti və istifadəsində qərəzli şəkildə ön sıralara çıxarması da yuxarıda sadaladıqlarımızın davamı kimi qiymətləndirilir. Çünki məhz həmin hesabatda Azərbaycanın bir sıra bölgələrində narkotik istifadəçilərinin artıq kütləvi hal alması və bunlar arasında gənclərin, o cümlədən, tələbələrin böyük üstünlük təşkil etməsi barəsində yalan və iftira dolu məlumatlar yer alıb. Ölkəmizdə isə, bu hesabat tam bir qərəzin nəticəsi kimi qiymətləndirilir. Qabaqcıl universitetlərimizdə təlim-tədrislə məşğul olan tələbələr ABŞ dövlət departamentinin, həmişə olduğu kimi, bu dəfə də, öz məkrli niyyətlərinin nümayiş etdirildiyi bildirilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Neft Akadamiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Tibb Universitetində tələbə müəllim heyəti ilə apardığımız söhbətlərdən aydın oldu ki, ölkə gəncləri ABŞ hökuməti tərəfindən atılmış bu addımı qətiyyətlə pisləyir, onların bu niyyətinin arxasında tamam başqa məqsədlərinin dayandığı bildirilir.
Rafiq Baxşəliyev: "ABŞ dövlət departamentinin hesabatı Azərbaycan cəmiyyətinə, gəncliyimizə qarşı çox ciddi təhqiramiz bir böhtandır"
ADPU-nun tərbiyəvi işlər üzrə proyektoru, professor Rafiq Baxşəliyev ABŞ-ın Dövlət Departamentinin artıq neçənci dəfədir ki, Azərbaycan dövlətinə və xalqına qarşı qərəzli mövqe tutduğunu bildirdi: "ABŞ Dövlət Departamentinin narkotika ilə bağlı Azərbaycanla bağlı vermiş olduğu hesabat Azərbaycan cəmiyyətinə gəncliyimizə qarşı çox ciddi təhqiramiz bir böhtandır. Bizim universitetimizdə 8 minə yaxın əyani və qiyabi şöbədə tələbə təhsil alır. Bunlarında 90 faizini qızlar təşkil edir. Ali təhsil ocağında aparılan təlim-tərbiyə çox yüksək səviyyədədir. Çünki bu universitet pedaqoq hazırlığı ilə məşğuldur. Burada öz ismətini gözləyən müəllim və tələbə kontingenti mövcuddur. Ona görə də, düşünürəm ki, məlum qərəzli hesabatın Azərbaycan gəncliyinə və tələbələrimizə heç bir aidiyyatı yoxdur. Yaxşı olardı ki, ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyü, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyi ilə bağlı bir hesabat hazırlayardı"- deyən R.Baxşəliyev bu gün Azərbaycan gəncliyinin öz təhsili və intellekt səviyəsi ilə fərqləndiyini bildirdi.
Tamilla Feyzullayeva: "Azərbaycan xalqının dərin və zəngin mental dəyərləri mövcuddur"
ADPU-nun mülkü-müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri Tamilla Feyzullayeva da xalqımıza qarşı bu riyakarlığı qınadığını bildirdi. "Bunlara ar olsun ki, Azərbaycan xalqının bu qədər problemlərini görməməzliyə vurub, hələ üstəlik, şər atmağı da bacarırlar. Çünki bu məsələlərin içində erməni xislətli və erməni riyakarları var. Amma Azərbaycan xalqı həmişə bu tip qərəzlərə qarşı daha mətin və qətiyyətlə dayanıb. Bu dəfə də, belə olacaqdır"- deyən T.Feyzullayeva xalqımızın öz dərin və zəngin mental dəyərlərinin olduğunu söyləyib.
Kamal Zeynallı: "Azərbaycan gəncliyi özünün elmi və zakası ilə dünyanı heyrətləndirməyə layiqdir"
ADPU-nun tələbə gənclər təşkilatının sədri Kamal Zeynallı da ABŞ hökuməti tərəfindən yetişməkdə və inkişafda olan Azərbaycan gəncliyi və Azərbaycan universitetlərində təhsil alan tələbələr barəsində yayılan məlumatların heç bir həqiqətə uyğun olmadığını bildirdi.
Sadiq Məmmədov: "Azərbaycan gəncliyi öz inkişafının ən yüksək pilləsindədir"
Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Sadiq Məmmədov Azərbaycana qarşı xarici dövlətlərin həmişə qərəzli mövqe tutduğunu və bu addımın da məhz bu niyyətin davamı olduğunu bildirdi. Amma bütün bunların qarşılığında Azərbaycan gəncliyi öz inkişafının ən yüksək pilləsindədir - deyən S.Məmmədov bu cür böhtan xarakterli hesabatların tamamilə başqa niyyətə xidmət etdiyini bildirdi.
Qönçə Yusibova: "Azərbaycan Şərq və islam dövləti olduğu üçün bizə bu cür riyakarlıqlar yaraşmır"
ADPU-nun filologiya fakültəsinin II kurs tələbsi Qönçə Yusibova da məlum hesabatdan xəbərdar olduğunu və bu addımın, bütövlükdə, Azərbaycan gəncliyinə qarşı bir qara piar olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə gəncələrlə bağlı aparılan iş bunun məntiqi nəticəsində mövcud inkişaf məhz məkrli qüvvələrin qəzəbinə gəlib.
Bahadır İbadov: "Azərbaycan gəncliyini narkoman kimi qələmə verənlər kökündən yanlışlıq edirlər"
ADPU-nun biologiya fakültəsinin IV kurs tələbəsi Bahadur İbadov da ABŞ hökumətinin, bundan öncə də, bu cür neqativ hallara yol verdiyini bildirdi. O, qeyd etdi ki, Azərbaycan gəncliyini narkoman kimi qələmə verənlər kökündən yanlışlıq edirlər.
Fərid Soltanlı: "Azərbaycanlı tələbə və gənclər özünün malik olduğu milli keyfiyyətləri ilə seçilir"
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsi Fərid Soltanlı nədənsə dünya birliyinin həqiqətə deyil, riyakarlığa daha çox meyil etdiyini söylədi. Qeyd etdi ki, Azərbaycan cəmiyyətinin əsas hissəsi olan gəncliyimizə qarşı ABŞ hökuməti tərəfindən narkoman adı altında don geyindirilməsi onların öz gözlərindəki çöpü görməməsindən başqa bir şey deyil. Çünki azərbaycanlı tələbə və gənc istənilən sahədə özünün malik olduğu milli keyfiyyətləri ilə seçilib və fərqlənib- deyən F.Soltanlı riyakar qüvvələrin hər şeydən əlinin çıxıb, indi də bu cür işlərlə məşğul olduğunu bildirdi.
Azər Veysəlov: "Azərbaycan tələbəsinə narkoman adı qoyanların özləri çoxdan kefləniblər"
ADNA-nın energetika fakültəsinin II kurs tələbəsi Azər Veysəlov Azərbaycan tələbəsinə narkoman adı qoyanların özləri çoxdan kefləniblər deyib. Bildirib ki, ölkəmizdə təhsil alan gənclər elmə, təhsilə, idmana və ictimai proseslərə daha çox meyil göstərir. "ABŞ hökumətinin uydurduğu məsələlər isə onların özlərindən başqa heç kimə aid deyil. Çünki bütün dünya ictimaiyyəti bilir ki, Amerika demokratiya adı altında hansı oyunlardan çıxır" - deyən A.Veysəlov ölkə gənclərinə qarşı bu cür iftiraların araxasında ancaq çirkin niyyətin dayandığını bildirdi.
Fəridə Həsənova: "Gənclərimiz, ümumiyyətlə, pis işlərdən və pis əməllərdən uzaqdır"
ADPU-nun pedaqoqika və psixologiya fakültəsinin II kurs tələbəsi Fəridə Həsənova Azərbaycan gənclərinin, ümumiyyətlə, pis işlərdən və pis əməllərdən uzaq olduğunu bildirib. "Kimin nə deməyindən asılı olmayaraq, bu gün ölkəmizin bütün ali məktəblərində təhsil alan bütün tələbələri ancaq bir şey maraqlandırır. O da ki, yaxşı təhsil alıb, dövlətimizin və xalqımızın rifahı naminə çalışmaqdır"- deyən F.Həsənova Azərbaycan tələbəsi barədə səslənən fikirləri, sadəcə olaraq, qınadığını söylədi.
Anar Əkbərov: "Tələbələr barəsində səslənmiş fikir yalandan başqa bir şey deyil"
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsi Anar Əkbərov da gəncliyimizə qarşı yeni bir riyakarlığın baş qaldırdığını və bu əməllərdən, sadəcə olaraq, ABŞ və başqa ölkələrdə təhsil alan gənclərin anlayışlı olduğunu bildirdi.
Anar Mehdiyev: "Narkomaniya ABŞ və digər ölkələrdə dövlət səviyyəsindədir"
ADNA-nın energetika fakültəsinin II kurs tələbəsi Anar Mehdiyev də tələbələrimizə qarşı atılan iftiranın heç bir əsasının olmadığını söylədi. "Bu gün ölkəmizin istənilən bölgəsindən olan gənclərlə birgə ali təhsil müəssisəsində təhsil alırıq. Onların hər birinin qarşısında, sadəcə olaraq, yaxşı oxuyub, təhsillərini yüksək səviyyədə başa vurmaq bir məqsəd kimi dayanıb" - deyən A.Mehdiyev gənclərimizə qarşı böyük bir həqarətin olduğunu bildirdi.
Rəvan Həsənov: "Bu gün Azərbaycan gəncliyi istənilən addımı atmağa və özünün nəyə qadir olduğunu sübut etməyə qadirdir"
BDU-nun hüquq fakültəsinin III kurs tələbəsi Rəvan Həsənov ABŞ hökumətinin hesabatı ilə yaxından tanış olduğunu və onların bu qərəzli niyyətlərini başa düşmədiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan cəmiyyəti günü-gündən inkişaf edir və çiçəklənir. Ona görə də, cəmiyyətimizə qarşı bu cür hücumların qarşısının alınması üçün Azərbaycan gəncliyi istənilən addımı atmağa və özünün nəyə qadir olduğunu sübut etməyə hazır olduğunu bildirən hüquq fakültəsinin tələbəsi gəncləri bu cür şayiələrə məhəl qoymamağa çağırdı.
Cəfər Cəfərov: "Gəncliyimizə qarşı bu cür böhtanın arxasında başqa maraqlar dayanır"
ADNA-nın energetika fakültəsinin II kurs tələbəsi Cəfər Cəfərov da gəncliyimizə qarşı bu cür böhtanların arxasında başqa maraqların dayandığını bildirdi. O, bir Azərbaycan gənci kimi, ətrafında ABŞ hökumətinin yaymış olduğu yalançı hesabatla bağlı əsas verəcək bir hadisənin olmadığını da dilə gətirdi.
Asim Camalov: "Azərbaycan gəncliyini sarsıtmağa heç bir qüvvənin gücü çata bilməz"
ADPU-nun riyaziyyat fakültəsinin II kurs tələbəsi Asim Camalov bir gənc kimi xarici dövlətlərin ölkəmizə qarşı qərəzli münasibətindən narahat olduğunu bildirdi. Vurğuladı ki, gənclərə narkoman kimi qondarma bir ad qoşmaqla, ABŞ və digər məkrli dövlətlər Azərbaycan gəncliyini sarsıtmağa səy göstərirlər. "Amma onların bu niyyəti heç vaxt baş tutmayacaq" - deyən A.Camalov bu gün azərbaycanlı idmançıların Avropa və dünya səviyyəli yarışlarda göstərmiş olduğu nəticələrə baxmaqla, hər şeyin nə səviyyədə olması barədə qənatə gəlməyin mümkün olduğunu bildirdi.