Zərdabi Mətbuat Mərkəzi dövlət qurumları, idarə, müəssisə və təşkilatlar arasında apardığı sorğunun nəticələrini açıqlayıb
Dünən Mətbuat Şurasında "Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masa Zərdabi Mətbuat Mərkəzinin (AMM) Azərbaycan Respublikasının Prezdientinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə Yardımı ilə reallaşdırdığı "Medianın ilkin mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək" layihəsi çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə Mətbuat Şurasının icraçı katibi, ZMM-nin sədri Rəhim Hüseynzadə açıb. O, ZMM-nin mövcud layihə çərçivəsində dövlət qurumları, idarə, müəssisə və təşkilatlar arasında apardığı sorğunun nəticələrini açıqlayıb.
R.Hüseynzadənin sözlərinə görə, sorğunun məqsədi sözügedən qurumların yaydıqları informasiyanın ölkə KİV-lərində işıqlandırılmasına münasibətini öyrənməkdən ibarət olub. "Azərbaycanda ilk mənbədən informasiya alınması ilə bağlı problem varmı? sualına respondentlərin 32 xeyr, 43 bəli cavab verib. Mövcud problemin səbəblərini nədə görürsünüz? sualını 26 nəfər informasiya mənbəyi daşıyıcısı rolunda çıxış edən şəxslərin işlərinə məsuliyyətsiz yanaşmalarında, 24 nəfər informasiya daşıyıcısı rolunda çıxış edən şəxslərin səriştəsizliyi, bununla bağlı praktikanın onlar tərəfindən lazımınca mənimsənilməməsində, 22 nəfər mətbuat xidməti institutnun tam surətdə formalaşmamasında, 23 nəfər informasiya daşıyıcısı rolunda çıxış edən şəxslərlə işləyən media nümayəndələrinin qeyri-peşəkarlığında, 21 nəfər jurnalsitlərin ixtisaslaşma dərəcəsinin zəifliyində, 17 nəfər jurnalistikanın siyasiləşməsində, 19 nəfər ilk mənbədən informasiya alınması ilə bağlı qanunvericiliyin təkmin və işlək olmamasında, 18 nəfər ilk mənbədən alınan informasiyalara cəmiyyətdə ictimai marağın azlığında və 11 nəfər isə başqa səbəblərdə görüb.
Sizcə ilk mənbədən informasiya alınması ilə bağlı vəziyyəti daha da yaxşılaşdırmaq üçün hansı tədbirlər həyata keçirmək önəmli olardı? sualına respondentlərin 21 nəfəri dövlət orqanlarının informasiya siyasətini müəyyənləşdirən hüquqi normativ aktlarda dəyişiklərin aparılması, 39 nəfəri ilk mənbə rolunda çıxış edən şəxslər arasında maarifləndirmə işlərinin aparılması, 27 nəfər KİV əməkdaşları arasında maarifləndirmə işinin bir qədər də genişləndirilməsi 19 nəfər ilk mənbədən informasiya alınması ilə bağlı hüquqi aktların təkminləşdirilməsi, 8 nəfəri isə başqa səbəblərlə bağlı cavab verib", - deyə o əlavə edib. Tədbirdə diqqət yetirilən ikinci istiqamət ZMM-in layihə çərçivəsində indiyədək reallaşdırdığı tədbirlərə nəzər salınması, mövzu ətrafında fikir mübadilələrin aparılmasından ibarət olub.