PDF Oxu

Əsas

  • 15

“Azərbaycan XXI əsrə sıçrayış” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycan XXI əsrə sıçrayış” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycanın Rusiyadakı səfirliyində Oleq Sıqanovun "Azərbaycan XXI əsrə sıçrayış" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Rusiyanın ictimai, siyasi xadimləri, alimlər və Azərbaycan diasporunun üzvləri, Rusiyanın KİV nümayəndələri iştirak edib. Rusiya ilə Azərbaycanın birgə media layihəsi olan və Ümummilli Lider Heydər Əliyevin ideyası ilə yaradılan "İzvestiya-Azərbaycan" qəzeti və Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar haqqında bəhs edən kitab Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, məhz "İzvestiya-Azərbaycan" layihəsinin gerçəkləşməsi iki ölkə arasında mətbuat və informasiya sahəsində münasibətlərin formalaşmasında mühüm rol oynayıb. Kitabda, həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında "İzvestiya-Azərbaycan" qəzetinin müxtəlif nömrələrində dərc edilən məqalələr öz əksini tapıb. Polad Bülbüloğlu qeyd edib ki, SSRİ-nin süqutu dövründə və müstəqilliyin ilk illərində Azərbaycan dünya ictimaiyyətinə dolğun və obyektiv informasiyanın çatdırılmasına mane olan sərt informasiya blokadası ilə üzləşib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsas diqqət məhz bu blokadanın aradan qaldırılmasına yönəldilib. Bu baxımdan, "İzvestiya-Azərbaycan" qəzetini yaradılması da gələcəyə hesablanmış media layihəsi idi. Kitabın müəllifi O.Sıqanov "İzvestiya-Azərbaycan" layihəsinin tarixi və Heydər Əliyevin bu layihənin gerçəkləşməsində xüsusi xidmətindən danışıb. Milli Məclisin üzvü Elmira Axundova, Zərifə Salahova, kitabın redaktoru Aleksandr Karavayev, Rusiya Xalqlar Dostluğu İnstitutunun Tədqiqat Mərkəzinin direktoru İqor Çubays, və tarixçi-yazıçı Rudolf İvanov Azərbaycanın dünyada tanıdılmasında dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, onun ideyası olan belə bir layihənin başqa postsovet ölkələri üçün nümunə olduğunu diqqətə çatdırıblar. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi inkişaf etmiş Azərbaycanın imicini daha da möhkəmləndirir. Sözügedən kitab isə bu haqda rusdilli oxuculara geniş məlumat verən tutarlı mənbədir.

Digər xəbərlər