Qadınlar cəmiyyətin inkişafında öndə gedir
Dünən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının qadınlar şurası bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirdi.
Tədbirdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çıxışında bildirdi ki, bu gün respublikamızın bütün bölgələrində, eləcə də, Xızıda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı tədbirlər keçirilir, namizədlərlə seçicilərin görüşü olur: "Bu gün qadınlarımızla keçirilən görüşün keçirilməsi çox önəmli əhəmiyyət daşıyır. Çünki qadınlarımız ölkəmizin uğurlu inkişafında böyük fəaliyyətləri var. Onların əldə etdiyi nailiyyətlər isə qəlbimizdə fərəh oyadır".
"1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevi, Onun siyasətini ilk dəstəkləyənlərin əksəriyyəti qadınlar oldular" fikrini söyləyən F.Haqverdiyev bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan qadınlarına yüksək dəyər vermiş, onlara xüsusi diqqət və qayğı göstərmişdir. Digər tərəfdən, qadınlar yer üzündə sülhün, əmin-amanlığın, firavanlığın dayağıdırlar.
YAP Xızı rayon təşkilatını sədri qarşıdakı bələdiyyə seçkilərinə partiya tərəfindən qadınlara və gənclərə daha çox yer verildiyini də vurğuladı: "Bu da, onu göstərir ki, YAP cəmiyyətin gələcək inkişafı üçün qadınların və gənclərin rolunu artırmaq, onların cəmiyyətə inteqrasiyasına nail olmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də qarşıdakı bələdiyyə seçkilərinə qadınların namizədliyinin daha çox olmasıdır".
F.Haqverdiyev Azərbaycan qadınının inkaşafına, əzəmətinə və intellektual səviyyəsinə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın geniş fəaliyyətinin ən parlaq nümunə olduğunu vurğuladı: "O, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında əvəzolunmaz xidmətlər göstərir, dünyada xeyirxahlıq, humanistlik, nəciblik missiyasını şərəflə daşıyır. Mehriban xanımın həyat və fəaliyyəti Gəncə qadınlarına da əsil örnəkdir. Onlar hər addımda ölkə başçısının və Onun xanımının güclü dəstəyini, köməyini yüksək qiymətləndirirlər".
Görüşdə YAP Xızı rayon təşkilatının qadınlar şurasının sədri Svetlana Rüstəmova Ulu Öndərin cəmiyyətdə qadınların rolunun artırılmasında misilsiz xidmətlərindən, Onun zəngin irsinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsindən danışdı: "Dövlətimizin biz qadınlara göstərdiyi qayğıya cavab olaraq, ölkənin ictimai-siyasi işlərində həmişə fəallıq nümayiş etdiririk. Ulu Öndərimizin yaradıcısı olduğu və ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının qarşıdakı bələdiyyə seçkilərinə qadınlarımıza daha çox yer verilməsi bizi çox sevindirir. Bu gün rayonumuzda seçici fəallığı, əlbəttə ki, qadınların da hesabına təmin olunur. Qadınlar şurasının əsas vəzifəsi odur ki, seçkilərdə daha çox qadınlar iştirak etsin, siyasi proseslərdən geri qalmasınlar. Ümidvaram ki, YAP Xızı rayon təşkilatının irəli sürdüyü namizədlər, xüsusilə də, qadınlarımızın hər biri bu seçkilərdə qələbə qazanaraq, xalqın inamını doğruldacaqlar".
Tədbirdə YAP Xızı rayon təşkilatının Xızı şəhər ilk partiya təşkilatını sədri Pakizə Novruzova, YAP Xızı rayon təşkilatının qadınlar şurasının üzvü Xatirə Həşimzadə çıxış edərək, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq insanların Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşdiyini və bu partiyanın ölkənin ən güclü, nüfuzlu siyasi qüvvə olduğunu bildirdilər: "Bu gün ölkəmizin böyük uğurlara nail olmasında ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin xidmətlərini xüsusi vurğulamaq lazımdır. Ölkəmizdə demokratik, sivil cəmiyyət qurulmasında, aparılan nəhəng quruculuq işlərində qadınların rolunun durmadan artmaqdadır. Xüsusilə, Azərbaycan qadını, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yaxından tanınmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti hər birimiz üçün nümunədir. Biz bununla fəxr etməliyik."