PDF Oxu

Əsas

  • 20

Əli Həsənov: “Dağlıq Qarabağda maliyyə yardımına ehtiyacı olan insanlar varsa, bu da Azərbaycan icmasıdır”

Əli Həsənov: “Dağlıq Qarabağda maliyyə yardımına ehtiyacı olan insanlar varsa, bu da Azərbaycan icmasıdır”
"Təəssüf ki, bəzi mətbuat orqanları Azərbaycan xalqının, parlamentinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlarını anti-Amerika kampaniyası kimi qiymətləndirirlər. Lakin Azərbaycanda anti-Amerika təbliğatı getmir".
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan ABŞ-la strateji müttəfiqdir, bu müttəfiqlik əlaqələrinə sadiqdir və bundan sonra da onu davam etdirmək niyyətindədir. O, həmçinin, qeyd edib ki, artıq neçə ildir ki, ABŞ Dövlət Departamenti, xüsusi olaraq, Dağlıq Qarabağ ermənilərinə maliyyə yardımı ayırır.
"Düzdür, biz Dağlıq Qarabağda əziyyət çəkən, yardıma ehtiyac olanlara yardım edilməsinin əleyhinə deyilik. Amma Dağlıq Qarabağda belə yardıma ehtiyacı olan insan varsa, bu da Azərbaycan icmasıdır. Onlar öz yurd-yuvalarından didərgin salınıb, neçə illər çadırlarda yaşamağa məcbur ediliblər. Bizim də tələblərimiz ondan ibarətdir ki, ABŞ cəmiyyəti bu məsələləri də nəzərə alsın. İstər-istəməz, bu yardımlar Dağlıq Qarabağda etnik separatizmin güclənməsinə xidmət göstərir. Beləliklə də, problemin nizamlanmasına mənfi təsir göstərir. Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və parlamenti də əhalinin narazılıq əhval-ruhiyyəsindən çıxış edərək, ABŞ-a belə müraciətlər ünvanlayır",-deyə Əli Həsənov bildirib.

Digər xəbərlər