PDF Oxu

Əsas

  • 15

“Xalqa xidmət naminə”

“Xalqa xidmət naminə”
Dünən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Siyəzən rayon təşkilatı rayon mədəniyyət evində növbəti görüş keçirdi.
Tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov çıxış edərək, 23 dekabr 2009-cu il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən, partiya tərəfindən namizədlikləri irəli sürülən namizədlərin seçicilərlə quracaqları təmas, təbliğat işi və digər önəmli məsələlərdən danışdı. E.Heydərov qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkərək, bildirdi ki, Yeni Azərbaycan Partiyasının nəmizədləri bu seçkilərdə də yüksək fəallıq göstərəcəklər.
YAP Siyəzən rayon təşkilatının sədri, onu da vurğuladı ki, rayonumuzun seçiciləri 11 bələdiyyəyə 91 bələdiyyə üzvü seçilməsinə səs verəcək. Seçkilərlə hazırlıq işləri, bir daha onu göstərir ki, əvvəlki seçkilərdə olduğu kimi, bu il də rayonumuzun seçiciləri 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də düzgün seçim edəcəklər.
YAP Siyəzən rayon təşkilatının sədri partiya tərəfindən irəli sürülən 91 nəfər namizəddən 28 nəfərini gənclərin, 29 nəfərini isə qadınların təşkil etdiyini bildirdi: "Namizədlərin təxminən 30 faizi gənclərdir. Qadınların namizədlər sırasında çəkisi də bu səviyyədədir. Partiya tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlər irəli sürülüb. Hansı ki, onlar bələdiyyə ərazilərində çox böyük nüfuza, hörmətə malikdirlər. İnanırıq ki, onlar seçici etimadını qazanacaqlar".
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Ziyad Səmədzadə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuza və dəstəyə malik olduğunu söylədi. Səlahiyyətli nümayəndə bildirdi ki, bu, özünü bələdiyyə seçkilərində də göstərəcək: "Məlum olduğu kimi, YAP bələdiyyə seçkilərinə 15000-dən artıq namizəd irəli sürüb. Müxalifət isə bələdiyyələrə namizəd irəli sürmək üçün insan tapa bilməyib. Bu, nəyin göstəricisidir? Əlbəttə ki, xalqın YAP-a olan inamının göstəricisidir. Bu, bir daha göstərdi ki, müxalifətin sosial dayaqları yoxdur".
Azərbaycanın yerli özünüidarəetmə institutunun formalaşması istiqamətində xeyli təcrübə qazanıldığını xüsusi qeyd edən səlahiyyətli nümayəndə Z.Səmədzadə dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinin də cəmiyyətimizin həyatında mühüm hadisə olacağını vurğuladı. Səlahiyyətli nümayəndə YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliyini ifadə etdi. Onun fikrincə, rayon seçiciləri əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də də yüksək aktivlik nümayiş etdirməklə, Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar.
YAP-ın səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, "Xalqa xidmət naminə" şüarı ilə seçkilərdə iştirak edən YAP budəfəki seçkilərdə də qadınların və gənclərin namizədliklərinin irəli sürülməsinə böyük diqqət ayırıb. Elə buna görə də, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq, qadınların və gənclərin namizədliklərinin irəli sürülməsi ötən illərə nisbətən üstünlük təşkil edib. Səlahiyyətli nümayəndə ötən müddət ərzində, bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqların olduğunu da dedi. Bildirdi ki, bu gün artıq onlar aradan qaldırılmaq üzrədir: "Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib. İnanırıq ki, seçicilər həmişə olduğu kimi, bu seçkidə də düzgün seçim edəcək, ən layiqli namizədə səs verəcəklər".

Digər xəbərlər