PDF Oxu

Əsas

  • 21

Mübariz Qurbanlı: “Nüvə silahının yayılması bütün dünya üçün təhlükəlidir”

Mübariz Qurbanlı: “Nüvə silahının yayılması bütün dünya üçün təhlükəlidir”
"Nüvə silahının yayılması yalnız bir ölkə üçün deyil, ümumilikdə, dünya üçün böyük təhlükədir. Nüvə silahının yayılmaması haqqında sənəd var və bir çox ölkələr həmin sənədə qoşulublar. Əgər nüvə silahı geniş yayılsa, dünyanın ayrı-ayrı yerlərində baş verən lokal müharibələr zamanı nüvə silahından istifadə qlobal miqyasda böyük fəlakətlərə gətirib çıxarar". Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyə münasibət bildirən M.Qurbanlı qeyd edib ki, İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməsi heç kimi narahat etməməlidir. Çünki bir çox ölkələr bundan istifadə edir. Bununla bağlı bütün ölkələrdə müvafiq işlər aparılır. Amma bəzi beynəlxalq təşkilatlar, o cümlədən, MAQATE İranın nüvə enerjisindən dinc məqsədlərlə deyil, hərbi məqsədlərlə istifadə etmək iddiasında olduğunu bildirir. M.Qurbanlının sözlərinə görə, Azərbaycan nüvə enerjisindən dinc məqsədlərlə istifadənin tərəfdarıdır və yaranmış problemin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

Digər xəbərlər