PDF Oxu

Əsas

  • 18

Azərbaycan güclü iqtisadi potensiala malikdir

Azərbaycan güclü iqtisadi potensiala malikdir
Respublikamızda iqtisadiyyatın sürətli inkişafı, ilk növbədə, düzgün, məqsədyönlü iqtisadi siyasətin nəticəsidir. Uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, ölkə vətəndaşlarının sosial müdafiəsi gücləndirilir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasından irəli gəlir.
Sözsüz ki, 2009-cu il ölkə iqtisadiyyatı üçün, ümumiyyətlə, respublikamız üçün uğurlu illərdən oldu. Beynəlxalq maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf temindən geri qalmadı. Bununla yanaşı, yeni iş yerləri yaradıldı. Müasir təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verildi, onlarla təhsil ocağı isə əsaslı təmir olundu. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatımız elmə əsaslanır və Prezident İlham Əliyev tərəfindən məqsədyönlü iqtidsadi siyasət həyata keçirilir. Bu uğurlu  iqtisadi siyasətin nəticəsidir ki, son 5 il ərzində 740 mindən artıq yeni iş yeri yaradılmışdır. Məlum olduğu kimi, ÜDM 3 dəfə artmışdır. İqtisadiyyatda davamlı inkişaf nəticəsində 9 ay ərzində orta aylıq əmək haqqı 15.5%, əhalinin gəlirləri 9.8%, adambaşına düşər gəlirlər 8.4%, pullu xidmətlər 12.5% artıb. Rabitədə 10.4 %, nəqliyyatda 5.4% olmuşdur, inflyasiya isə 2.1 % ortmuşdur. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə 1 milyard artaraq, 19.1 milyard dollara artaraq 19.1 milyard dollara çatıb. Cari ildə ÜDM artımı 6.1 faiz səviyyəsində olub.
   YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri,  iqtisadçı-ekspert Aydın Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrilib: "Azərbaycan son illər ərzində sürətlə inkişaf etməkdədir. Ölkəmiz istər hərbi, istərsə də iqtisadi potensialına görə, Cənubi Qafqaz regionun lider dövlətinə çevrilib. Bu uğurların əsasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu, məqsədyönlü iqtisadi siyasəti dayanır ki, bu da öz bəhrəsini verməkdədir. Cari ilin 9 ayı 2008-ci ilin eyni dövrü ilə müqayisədə 23.4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Yəni Azərbaycan ən yüksək artım baş verən ölkələrdən biridir də Azərbaycandır. Məlumdur ki, ölkəmizdə ümumi daxili məhsul artımı baş verib. Belə ki, adambaşına düşən ÜDM 4.7 % artaraq, 2657 manat təşkil edib. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan manatı öz sabitliyini qoruyub- saxladı. Bu da ölkəmizdə düzgün maliyyə siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, dünya ölkələrinin iqtisadiyyatını iflic edən beynəlxalq böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədi. Bu, onun göstəricisidir ki, ölkə rəhbərliyi doğru, elmə əsaslanan iqtisadi siyasət həyata keçirir". Respublikamızda kredit qoyuluşunun həcminin artaraq, 7 milyard civarında olmasını qeyd edən iqtisadçı-ekspert əlavə etdi ki, bütün bunlar ölkəmizdə manatın dayanaqlı olduğunu göstərir. "Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurlu iqtisadi siyasəti qeyd olunur. Bundan əlavə, həmin qurumların proqnozlarına görə, 2010-cu ildə ölkəmizdə iqtisadi inkişaf 7.4% olacaq və iqtisadiyyatın inkişafına görə, gələn il Azərbaycan keçmiş sovet ölkələri arasında ən sürətlə inkişaf etmiş respublika olacaq"-deyə A. Hüseynov bildirdi.
   Cari ildə aqrar sektorun inkişafına da toxunan iqtisadçı-ekspert vurğuladı ki, "2009-cu ildə iqtisadiyyatın, digər sahələri olduğu kimi, aqrar sektorda inkişaf etdirildi. Təbii ki, dövlətin, ölkə rəhbərliyinin diqqəti və qayğısı olmadan iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı inkişaf edə bilməz. Ancaq Prezident İlham Əliyev cənablarının diqqəti və ümümiyyətlə, ölkə rəhbərliyinin qayğısı nəticəsində kənd təsərrüfatının inkişafının şahidi olduq.   Bunun nəticəsi olaraq, ÜDM-də artım müşahidə olundu. Təbii ki, ölkəmizdə aqrar sektorun inkişafı, bu sahədə əldə edilən uğurlar ümumilli liderimizin adı ilə bağlıdır. Aqrar islahatların həyata keçirilməsi, kənd təsərrüfatının özəlləşdirilməsi dediklərimizin təsdiqidir. Məlumdur ki, dövlət kənd təsərrüfatına  kreditlər və subsidiyalar ayırır. Statistik məlumatlara görə, xarici ölkələrə təxminən ildə 150 milyon dollarlıq meyvə-tərəvəz ixrac edir. Bundan əlavə, Azərbaycanda 2 milyon tondan artıq taxıl istehsal olunub. Bu da, onu deməyə əsas verir ki, ölkəmiz özünü ərzaqla təmin edir. Son illər ərzində aqraq sektorun inkişafı ilə bağlı ölkə başçısı bir neçə sərəncam imzalayıb. Prezident İlham Əliyevin "Aqrolizinq" ASC-nin yaradılması da kənd təsərrüfatına, ümumən iqtisadiyyata yönəldilən diqqətin bariz nümunəsidir.

Digər xəbərlər