PDF Oxu

Əsas

  • 11

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

XX ƏSRİN 80-90-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA TÖRƏDİLMİŞ TERROR AKTLARI

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.

(Əvvəli ötən sayımızda)

20. 08 avqust 1990-cı ildə Laçın rayonunun ərazisində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.
21. 9 yanvar 1991-ci il "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri S.Əsgərova və hərbi qulluqçular - podpolkovnik S.Larionov, mayor İ.İvanov və serjant İ.Qoekin hərəkət etdiyi avtomobil Laçin-Şuşa yolunun 5-ci kilometrində erməni terrorçuları tərəfindən atəşə tutulmuş, sərnişinlərin 4-ü də qətlə yetirilmişdir. Cinayətkarlar - Mkrtçyan Arno Mixayloviç, Petrosyan Qraçik Armenakoviç, Manqasaryan Arvid Asotoviç, Arustamyan Qaqik Mayoroviç müəyyənləşdirilərək həbs oluynmuş, 1993-ci ildə ölümə məhkum edilmişdir. Terrorçu qrupunun digər üzvləri Mkrtçyan Artaşes Mixayloviç, Zaxaryan Artur Artaşesoviç, Sarkisyan Manvel Şabaqatoviç, Osipyan Yenok Rubenoviç 15 il müddətinə, Qriqoryan Qaraqen Serikoviç 5 il müddətinə həbs cəzasına məhkum olunmuşlar. Göstərilən şəxslərin hamısı 1996-ci il mayın 8-də birtərəfli qaydada Ermənistana verilmişdir.
22. 9 yanvar 1991-ci - Xankəndi şəhərində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artyuşa Qriqoryeviç tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin Daxili İşlər İdarəsinin rəisi general-mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir.
23. 27 yanvar 1991-ci ildə Xanlar rayonunun Dozular kəndi yaxınlığında "VAZ-2106" markalı S 25-10 AQ və "QAZ-52" markalı 59-07 AQN dövlət nömrəli avtomaşınlar partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
24. 20 fevral 1991-ci ildə Xanlar rayonunun Dozular kəndi yaxınlığında "UAZ-469" markalı 27-29 AQD dövlət nömrəli avtomaşını partladılmış, nəticədə sovxoz direktoru Q.Musayev və sürücü D.İmanov həlak olmuşlar.
25. 24 fevral 1991-ci ildə Xankəndi yaxınlığında Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" markalı dövlət nömrəli avtobus partladılmış, nəticədə 7 nəfər ağır yaralanmışdır.
26. 6 aprel 1991-ci ildə Ağdamdan Fizuli rayonuna gedən "Moskviç-412" markalı 93-69 AQV dövlət nömrəli avtomaşını Martuni rayonu ərazisində partladılmış, 2 nəfər həlak olmuş və 2 nəfər ağır yaralanmışdır.
27. 7 aprel 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Kibikli kəndində hərbi komendantın müavini Y.Babak və 2 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışdır.
28. 8 aprel 1991-ci il - SSRİ Din Daxili Qoşunlar Zaqafqaziya və Şimali Qafqaz üzrə İdarəsinin rəis müavini polkovnik V.Blaxotin qətlə yetirilmişdir. Cinayəti törətmiş S.Baqmanyan, A.Baqmanyan, A.Antonyan, K Akopyan, K Yeqinyan müəyyənləşdirilərək həbs olunmuş, RF Rostov vilayəti məhkəməsinin Kolleqiyası tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər.
29. 16 aprel 1991-ci ildə Goranboy rayonunun Zeyvə kəndinin otlaq sahəsində 2 nəfər sovxoz fəhlələri qətlə yetirilmişdir.
30. 18 aprel 1991-ci ildə Fizuli rayonunun Aşağı Divanalılar kəndində 3 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.

Ardı var

Digər xəbərlər