“Qlobal enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritet məsələdir”
Qonaq həmçinin qlobal enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinin ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri olduğunu və ölkəsinin enerji daşıyıcıların dünya bazarlarına çatdırılmasında çoxşaxəliliyi dəstəklədiyini diqqətə çatdırıb. Nazir E.Məmmədyarov iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirərək, Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini qeyd edərək ölkəmizin enerji daşıyıcıların ixracatçısı olması ilə yanaşı, onların dünya bazarlarına çatdırılmasındakı tranzit imkanlarını da vurğulayıb. Diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Elmar Məmmədyarov regionda davamlı və uzunmüddətli sülhün bərqərar olması üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həll olunmasının vacibliyini bildirib. Görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.