PDF Oxu

Əsas

  • 8

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üzrə parlament komitəsinin növbəti toplantısı keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üzrə parlament komitəsinin növbəti toplantısı keçiriləcək
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq üzrə parlament komitəsinin növbəti toplantısı dekabrın 2-dən 3-dək Brüsseldə keçiriləcək. Avropa Parlamentinin rəsmi saytında bildirilir ki, bu qərar sentyabrın 30-da Brüsseldə keçirilmiş Aİ-Azərbaycan, Aİ-Gürcüstan və Aİ-Ermənistan parlament əməkdaşlığı komitəsinin iclasında qəbul olunub. İclasda komitədəki Aİ nümayəndə heyətinin 2009-cu ilin ikinci yarısında ilkin fəaliyyət proqramı müzakirə edilmiş və quruma yeni həmsədr seçilib. Bu vəzifəyə Çexiyadan Milan Kabrnyuk layiq görülmüşdür. Slovakiyadan Zolan Taler və Litvadan Vitautas Landsbergis isə onun müavinləri seçiliblər.

Digər xəbərlər