Almaniya Bundestaqının üzvü Hakki Kəskin “ŞƏRƏF” medalı ilə təltif olunub
Tədbirdə Türkiyənin Berlindəki konsulu Hakki Kəskin fəaliyyətinin müxtəlif sahələrindən və nəzərdə tutduğu işlər haqqında söhbət açıb.
Hakki Kəskin Azərbaycanın Almaniyadakı səfirliyinin və səfir Pərviz Şahbazovun fəaliyyətinə yüksək qiymət vermiş, Dağlıq Qarabağ məsələsinin ədalətli - Azərbaycanın ərazi bütövlüyünün saxlanılması, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması şərtilə həll olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bundan sonrakı fəaliyyətində də qardaş Azərbaycanın maraqlarını müdafiə edəcəkdir.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Anar Hüseynov, Avropa Azərbaycanlıları Konqresinin (AAK) fəxri prezidenti Bahəddin Qaya, Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin icraçı direktoru, AAK-ın vitse-prezidenti Samira Patser-İsmailova və başqaları iştirak ediblər.