PDF Oxu

Əsas

  • 14

Ziyafət Əsgərov: “Biz ümid edirik ki, Türkiyə Ermənistanla sərhədlərinin açılması məsələsində

Ziyafət Əsgərov: “Biz ümid edirik ki, Türkiyə Ermənistanla sərhədlərinin açılması məsələsində
Biz ümid edirik ki, Türkiyə Ermənistanla sərhədlərinin açılması məsələsində Azərbaycanı incidəcək heç bir addım atmayacaqdır. Qardaş ölkənin rəhbərliyi öz dövlət maraqları kimi, Azərbaycanın da maraqlarını nəzərə alacaqdır.
Bu sözləri Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin payız sessiyasının ilk iclasında deputatların qaldırdıqları məsələlərə münasibət bildirərkən demişdir.
Z.Əsgərov bildirmişdir ki, oktyabrın əvvəllərində Naxçıvan Muxtar Respublikasında Türkdilli Ölkələrin Dövlət Başçılarının Sammitinin keçirilməsi nəzərdə tutulmuşdur. Bu sammitdə iştirak edəcək dövlətlərin başçıları Naxçıvanın blokada şəraitində yaşadığının əyani şahidi olacaqlar. Bu da kimin - Azərbaycanın bir hissəsi olan Naxçıvanın, yoxsa Ermənistanın blokadada yaşaması barədə həqiqətləri üzə çıxaracaqdır.

Digər xəbərlər